Masallıda 8 otaqlı ev yanıb

Masallıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Masallı rayonunun Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli, 8 otaqlı evdə yanğın baş verib.

Masallıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Masallı rayonunun Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli, 8 otaqlı evdə yanğın baş verib.Yanğın nəticəsində evin 24 m2 sahəsi əşyaları ilə birlikdə yanaraq kül olub.Dərhal FHN-nin əməkdaşları hadisə yerinə cəlb edilib. Yanğınsöndürənlərin əməyi nəticəsində yaxınlıqda yerləşən digər tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 07:52-də söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31