Banderoldan psixotrop tərkibli dərman çıxdı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 14 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop tərkibli dərmanların müəssisəyə keçirilməsinin qarşısı alınmışdır.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 14 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop tərkibli dərmanların müəssisəyə keçirilməsinin qarşısı alınmışdır. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 177.2.3-cü maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş Məmmədov İlham Eyyub oğluna poçt vasitəsilə Xəzər rayonu Zirə qəsəbəsindən qardaşı Məmmədov Telman Eyyub oğlu tərəfindən göndərilmiş banderola baxış keçirilən zaman salafan paketdə qəndə qatılmış tramadol aşkar edilərək götürülmüşdür. Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31