"Əgər Rusiya atəşkəs məsələsində ciddidirsə..." - ABŞ-dan ittiham

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanı Suriyada atəşkəs məsələsində Əsəd rejiminə yetərli təzyiq göstərməməkdə ittiham edib.

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanı Suriyada atəşkəs məsələsində Əsəd rejiminə yetərli təzyiq göstərməməkdə ittiham edib.

Qafqazinfo  xəbər verir ki, Con Kerri "CNN"-də qatıldığı bir proqramda Suriyada atəşkəs rejimi və Rusiyanın bu məsələdəki mövqeyinə dair qiymətləndirmə edib. Onun sözlərinə görə, Rusiya humanitar yardımların yerinə çatdırılmasına mane olan Əsəd rejiminə lazımi təzyiqi göstərmir.

Rusiyanın bu addımını tənqid edən ABŞ rəsmisi Moskvaya müraciət edərək "Səhnəyə oynamağı buraxıb humanitar yardımların yerinə çatdırılmasını təmin edin. Əgər Rusiya atəşkəs məsələsində ciddidirsə, Bəşər Əsədin təyyarələrinin uçmasını əngəlləsin və atəşkəsə hörmət göstərdiyini sübut etsin",- deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31