Gündəm
Prezident İlham Əliyev Dmitri Medvedevi təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevə təbrik məktubu ünvanlayıb.
"Qəbələ"nin oyununun vaxtı dəyişdirildi
"Qəbələ" - "Sumqayıt" oyununun vaxtı dəyişdirilib.
Rusiyada üç azərbaycanlı güllələndi
Rusiyada üç Azərbaycan vətəndaşı güllələnib. Bu barədə mr7.ru saytı məlumat yayıb.
Rüfət Aslanlı: "Kredit bürolarının yaradılmasında 15 bank iştirak edəcək"
"Azərbaycanda kredit bürolarının yaradılmasında 15 bank iştirak edəcək". "Olaylar" xəbər verir ki, bu barədə sentyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.Onun sözlərinə görə, ölkənin bank sektorunda aktivlərin və kredit portfelinin təxminən 80%-ə malik olan bu banklar kredit bürolarının yaradılması məqsədi ilə təşəbbüs qrupu yaradıb. Qeyd edək ki, Azərbaycanda ilk kredit bürosunun yaradılması zamanı İslandiya modelindən istifadə olunacaq.
Rüfət Quliyev: “Rusiya Dövlət Dumasına seçkilər şəffaf keçirilib”
Sentyabr ayının 18-də Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə Milli Məclisin deputatı – MDB Parlamentlərarası Assambleyası siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini Rüfət Quliyev Sankt-Peterburq şəhərində müşahidəçi qismində seçkiləri izləyib.
Azərbaycanda dərman istehsalı zavodunun inşasına start verilir
Azərbaycan-Rusiya birgə dərman istehsalı zavodunun tikintisinə cari ilin sentyabrında başlanacaq. Bu barədə Rusiyanın "R-Farm" iri əczaçılıq şirkətinin kommersiya direktoru Andrey Burxanov bildirib.
Ərdoğan İŞİD-dən azad edilən ərazinin sahəsini açıqladı
Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-dən 5 min kvadratmetrdən çox ərazini azad edib. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Sabah 30 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə yarımadada 17-20° isti, gündüz 26-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Bayraqların rəngi haradan götürülüb? ÇOX MARAQLI
Bayraqların quruluşu, ölçüsü, üzərindəki simvollar və nəhayət rəngləri haqda hər ölkədə özünəməxsus yozum var. Amma bizim əlimizə keçən maraqlı məlumatı oxucuların diqqətinə çatdırmaqda məqsədimiz bəzi dövlətlərin bayraqlarının rəng seçimi heç də xalqın iradəsi, yaxud hansısa tarixçinin əldə etdiyi bəzi atributlar hesabına yaranmayıb. Aşağıda İngiltərənin dövlət bayrağını və onun ayrı-ayrı komponentlərinə əsaslanın yaradılan dövlət bayraqları görəcəksiniz.
“Ağ Bina” oteli də əxlaqsız yuvası çıxdı
Naftalan ŞPŞ əməkdaşları tərəfindən şəhər ərazisindəki “Ağ Bina” otelində Goranboy rayon sakini Səxavət Əmirovun gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla əlaqədar araşdırma aparılır.
Amerikalı səfir Buzovna çimərliyindəki təmizlik aksiyasına qatılıb
“Beynəlxalq Sahilyanı Təmizlik Günü” ilə əlaqədar IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində növbəti təmizlik aksiyası təşkil edilib.
“Günəşli” yatağındakı 217 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib
Neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 13 saylı dərin dəniz özülündə 217 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2846-2813 metr intervaldan sutkalıq 110 ton neft və 14000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
Əlvida, Azərbaycan müxalifəti
Vidkun Kvislinq lüteran keşişin oğlu idi və o, Norveçin ən qədim, məşhur nəsillərindən birinin mənsubu idi. 1931-1933-cü illərdə Norveçin müdafiə naziri olmuş bu şəxs mitinqlərdə və nümayişlərdə çıxış etməyi çox sevirdi.
Putinin cangüdəni qubernator oldu
Rusiya prezidenti Vladimir Putinin cangüdəni Aleksey Dyumin Tula vilayətinin qubernatoru olub. Modern.az xəbər verir ki, o, dünən keçirilən seçkilərdə səslərin 84,17%-ni toplayıb.
Bazarlarda kanalizasiyadan tutulmuş balıqlar satılır
Havaların nisbətə soyuması, daha doğrusu sonunda “r” hərfi olan sentyabr ayının gəlişi ilə əlaqədar balıq ovuna maraq artıb. Maraqlı məqam ondan ibarətdir ki, bir sıra insanlar balıq ovunu əyləncə kimi qəbul etsələr də böyük bir qismi bundan dolanışıq mənbəyi kimi istifadə edilir.














