“Dünyanın müxtəlif ölkələrində erməni lobbisinin maliyyə yardımlarından yararlanıb...”

Bu gün dünyada 60 milyona yaxın azərbaycanlı yaşamaqdadır. Bütün bu böyük toplumun yalnız bir vətəni, bir bayrağı vardır. Uzun sürən mücadilə, minlərlə həmvətənlimizin qanı hesabına qoruyub saxladığımız müstəqilliyimizin yaşamasında və güclənməsində xaricdə yaşayan azərbaycanlıların da üzərinə önəmli rol düşür.

"Ölkəmizə qarşı böhtan kampaniyası aparır, ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərməyə cəhdlər edirlər"

Bu gün dünyada 60 milyona yaxın azərbaycanlı yaşamaqdadır. Bütün bu böyük toplumun yalnız bir vətəni, bir bayrağı vardır. Uzun sürən mücadilə, minlərlə həmvətənlimizin qanı hesabına qoruyub saxladığımız müstəqilliyimizin yaşamasında və güclənməsində xaricdə yaşayan azərbaycanlıların da üzərinə önəmli rol düşür. Yeni və gənc dövlətimizə dünyada dostlar qazandırmaq, ölkəmizin beynəlxalq tərəfdaşlarının sayını artırmağa , sülh, qarşılıqlı inam, hörmət şəklində dünyanın digər xalqları ilə əl ələ verərək ölkəmizin milli adət ənənəsini, tarixini, coğrafi əhəmiyyətini daha ciddi şəkildə dünya xalqlarına çatdırmağa ciddi ehtiyac var. Bu səbəbdən dünya azərbaycanlılarına müraciət ünvanlayan Dünya Azərbaycanlıları Assambleyası qeyd edir ki, ilərdir Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkir: "Erməni terror təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törədib, Dağlıq Qarabağ və ətraf bölgələrdəki şəhər və kəndlərimiz yerlə-yeksan edilib, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilib, yaralanıb və itkin düşüb, bir milyondan artıq qaçqınımız var. Bu illər ərzində beynəlxalq təşkilatların çağırışına və beynəlxalq hüquqa hörmət olaraq məsələnin sülh yolu ilə həllinə üstünlük verən Azərbaycan Respublikası 25 ildən artıqdır ki, Ermənistan tərəfinin təxribatlarına rəğmən birtərəfli şəkildə atəşkəsə əməl edir. 1994 - cü ildən rəsmi atəşkəs elan olunmasına baxmayaraq Ermənistan qoşunları və onların Dağlıq Qarabağdakı ekstremist hərbi birlikləri tərəfindən mütəmadi olaraq atəşkəs dəfələrlə pozulub, rəsmi müharibə olmasa da bu müddət ərzində də çoxlu əsgər itkimiz olub. Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq bu aktlardan irəli gələn vəzifələr indiyədək beynəlxalq qurumlar tərəfindən icra edilməmişdir. Ermənistan işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışları yalnız kağız üzərində qalmışdır. Bu məqsədlə yaradılmış ATƏT-in Minsk qrupu məsələnin həlli yolunda heç bir imkandan istifadə etməmiş, Ermənistanın hərbi təcavüzü qarşısında beynəlxalq hüququn prinsiplərinə zidd olaraq ona gərəkən təzyiqi göstərməmişdir. İşğalçı Ermənistan öz havadarlarına arxalanaraq yenə də bu siyasətini davam etdirir , işğal faktını unutduraraq Dağlıq Qarabağı müstəqil erməni təşkilatı kimi

tanıtdırmağa çalışır". DAA hesab edir ki, bu hüquqsüzlğa qarşı dayanmaq, baş vermiş işğalı dünyanın gündəminə daşımaq bizim ümdə vəzifəmizdir: "Bu hadisələrlə yanaşı bizim üçün heç də Qarabağ məsələsindən az önəm kəsb etməyən digər məsələni gündəmdə saxlamaq millət olaraq borcumuzdur. Bu gün İranda (Güney Azərbaycan) yaşayan 35 milyondan artıq soydaşımızın milli , mədəni haqları görməzdən gəlinməkdə, xalqımızın haqları istismar edilməkdə, İranın molla rejimi tərəfindən öz haqlarını tələb edən insanlara qarşı vəhşilik, barbarlıq, işgəncə tətbiq edilməkdədir. İranın müxtəlif hüquq mühafizə orqanları, çeşidli bəhanələrlə öz haqqını tələb edən soydaşlarımızı həbsə atır, hətta yaşamaq hüququ kimi təməl insan haqqını əlindən almağa davam edir. Bugünə qədər minlərə soydaşımız İranın qəddar rejiminin işgəncəsinə dözməyərək dünyasını dəyişib. Problemlər demokratikləşən Gürcüstündan da yan keçməyib. Soydaşlarımızın həm inteqrasiya, həm sosial iqtisadi , siyasi idarəçilikdə təmsilçilik problemləri qalmaqdadır.

Dərbənddə yaşayan soydaşlarımızın problemleri aktual qalmaqda davam edir. Soydaşlarımızın kompakt halda yaşadıqları ölkələrin ictimai, siyasi , mədəni və ekonomik həyatında iştirakları bir çox hallarda qənaətbəxş olmur. Bu halları birlikdə, yalnız həmrəy olaraq aradan qaldıra bilərik". Assamnbleya bildirir ki, d

ünyanın müxtəlif ölkələrində erməni lobbisinin maliyyə yardımlarından yararlanıb, ölkəmizə qarşı müxtəlif bəhanələrlə hücum edən qurumlar, təşkilatlar, yazarlar hər dəfə ölkəmiz əleyhinə böhtan kampaniyası yayır, ölkəmizin beynəlxalq imicinə mənfir təsir göstərməyə cəhdlər edirlər: "Biz bunun 01.04.2016 - 04.04.2016 tarixində işğalçı erməni ordusu ilə Azərbaycan Respublikası Silahlı Süvvələri arasında erməni tərəfinin təxribatı ilə başlayan qısa müddətli savaş ərəfəsində də gördük. Bütün bu hadisələr bir daha göstərdi ki, dünya azərbaycanlıları olaraq təşkilatlanmağa ehtiyacımız var. Şərəfli, məsuliyyətli eyni zamanda çətin bir yola çıxdıq . Bu günlərdə Dünya Azərbaycanlıları Assambleyasını təsis etdik və artıq Almaniya Federativ Respublikasının rəsmi qurumları tərəfindən beynəlxalq ictimai təşkilat olaraq qeydiyyata alındıq. Qısa müddət ərzində təşkilatımıza onlarla insan qoşuldu və bu say hər keçən gün artmaqdadır. Həmvətənlilərimizin bu münasibəti bizi sevindirsə də, bunlar yetərli deyil. Dünyanın hansı ölkəsində yaşamasından, siyasi , etnik, dini mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlını DAA - na qoşulmağa çağırırıq. Gəlin, müstəqil Azərbaycanımız, üç rəngli ay bayrağımız üçün birlikdə olaq , həmrəy olaq. Tarixi fürsəti əldən vermədən birliyə doğru birlikdə addımlayaq".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31