Oğurluq vərdişdir, yoxsa xəstəlik?
Cəmiyyət inkişaf etdikcə insanların da həyat tərzi, davranışında dəyişikliklər, bəzən isə hətta mənfi fəsadlar meydana çıxır. Belə mənfi hallardan biri də oğurluq xəstəliyi anlamını verən kleptomaniyadır. Bu cür insanlar əsassən külli miqdarda oğurluq hadisələri deyil, kiçik miqyaslı oğurluqlar edirlər. Bəzən isə buna psixi xəstəlik kimi də yanaşılır. Elə bu səbədəndə də kleptomaniya ilə məşğul olanlara o qədər də ciddi cəzalar tətbiq edilmir. Çünki bu cür insanlar əsl oğurluq hadisəsi törədən, soyunğuçuluqla məşğul olan insanlardan fərqli olaraq törətdikləri əməldən daha tez peşiman olur, onun əzab-əziyyətini çəkir. Hətta oğurladığı hər hansı bir əşyanı anından geri qaytarmağı düşünür.
19 Sentyabr 2016 13:41 SosialBu xəstəlikdən daha çox qadınlar əziyyət çəkir
Cəmiyyət inkişaf etdikcə insanların da həyat tərzi, davranışında dəyişikliklər, bəzən isə hətta mənfi fəsadlar meydana çıxır. Belə mənfi hallardan biri də oğurluq xəstəliyi anlamını verən kleptomaniyadır. Bu cür insanlar əsassən külli miqdarda oğurluq hadisələri deyil, kiçik miqyaslı oğurluqlar edirlər. Bəzən isə buna psixi xəstəlik kimi də yanaşılır. Elə bu səbədəndə də kleptomaniya ilə məşğul olanlara o qədər də ciddi cəzalar tətbiq edilmir. Çünki bu cür insanlar əsl oğurluq hadisəsi törədən, soyunğuçuluqla məşğul olan insanlardan fərqli olaraq törətdikləri əməldən daha tez peşiman olur, onun əzab-əziyyətini çəkir. Hətta oğurladığı hər hansı bir əşyanı anından geri qaytarmağı düşünür.
Psixo-pedoqoq Bənövşə Soltanova deyir ki, kleptomaniya-qarşısı alına bilinməyən əşyaların oğurlanması ehtirasıdır. Onun sözlərinə görə, oğurlanmış əşyalar bir mənalı olaraq, yüksək dəyərə malik olmur: "Bu oğurlamaq arzusu özünü kompulsiv (anlaşılmaz) nəbz kimi biruzə verir. Hansı ki, nəzarət altına alına bilməsi mümkün deyild. İnsanlar kleptomaniyadan əziyyət çəkirlər. Onlar edəcəyi cinayətin cəzasını bildiyi halda özlərini oğurlamaq məcburiyyətində hiss edirlər". Psixoloq deyib ki, alimlər hələ də kliptomaniyanın yaranmasına təsir edən səbəbləri dəqiq müəyyən etməyiblər: "İndi həkimlər beyində baş verən bir sıra dəyişikliklərin kleptomaniya yarada biləcəyini güman edirlər. Bir sıra dəyişən amillər də ,kleptomaniyanın oyanmasına səbəb olur ki, bunlara dabaşa alınmış travmalar, psixotrop maddələrdən istifadə, hamiləlik və s daxildir". Psixo-pedoqoq Bənövşə Soltanovanın sözlərinə görə, kleptomanda oğurluq arzusu kortəbii olaraq yaranır. O, bildirib ki, bu səbəbdən o özünü oğurluq etməkdən saxlaya bilmir: "Xəstənin məqsədi oğurluq deyildir və o hərəkəti qarşısında diskomfort hiss edir. Lakin zamanla xəstə oğurluq anında xoşagəlməz hissləri tərk edir və bundan zövq alır. Məhz bu proses kleptomana ləzzət verir. Sonra xəstə etdiyi hərəkətinə görə günahkarlıq hiss edir və vicdan ona sakitlik vermir. Rast gəlinən hallarda kleptomanlar oğurladıqları əşyaları sahibinə qaytarırlar, lakin bu onlara doğma kimdənsə yaxud nədənsə ayrılmaq qədər pis təsir göstərir. Kliptomanlar dostlar və tanışlardan, mağazalar və ticarət mərkəzlərindən, supermarketlərdən oğurluq edirlər. Kleptomaniyanın əlamətlərində ilk olaraq həyəcan, narahatlıq, sonra isə oğurluq müşahidə edilir. Əgər özünüzdə bu əlamətləri hiss edirsinizsə və keçmirsə mütəxəssisə müraciət etməyiniz məqsədəuyğundur. Tez-tez kleptomanlar mütəxəssislərə müraciət etmək istəmirlər. Çünki etdiklərinə görə cəza almaqdan çəkinirlər. Əgər yaxınlarınızdan birində belə bir xəstəlik mövcuddursa onlarla nəzakətlə ,mehribanlıqla, səmimiyyətlə danışın. Bunu etmək lazımdır. Çünki heç bir halda kleptomanı günahlandırmaq, tənqid etmək olmaz. Çünki kleptomaniya-xəstəlikdir, xarakterik xüsusiyyət deyildir". Psixo-pedoqoq Bənövşə Soltanova deyir ki, kleptomanların oğurladığı əşyalar əsasən kosmetika (pomada,ətir, lak), şəxsi gigiyenik əşyalar (sabun, tualet kağızı), yeyəcək şeylər (məsələn , şokalad) və ş. Təşkil edir: "Kleptomaniyadan əsasən qadınlar əziyyət çəkir. Hansıki onlarda xəstəliyin əlamətləri hələ yeniyetmə yaşında özünü göstərir. Hesablamalara görə 5 faiz insan kleptomaniyadan əziyyət çəkir. Bu xəstəliklər əsasən özünü yeniyetməlik yaşlarında göstərir. Lakin bu o demək deyildir ki, yuxarı yaşlarda bu hala rast gəlinə bilməz". Kleptomaniyanın müalicəsinə gəlincə isə psixoloq bildirib ki, kleptomanların çoxu həkimə müraciət etməkdən qorxurlar və özləri də bu problemi həll edə bilməzlər: "Çünki peşəkar psixiloji yardım zəruridir. Kleptomanların müalicə kursu psixoterapiya və tibbi dərman müalicəsindən ibarətdir. Kleptomaniyada bir sıra antidepressantlar qəbul edilə edilər: Kliptomaniyanın müalicəsində davranış psixoterapiyasından istifadə yaxşı nəticələr verir. Bu terapiyada şəxsdə mənfi düşüncələr təmizlənir və yerinə xoş, pozitiv düşüncələr əldə edilir".
Füzuli