Gündəm

Qış mövsümü üçün 2000,0 ton duz alınıb

25 Oktyabr 2016 15:18

“Azəravtoyol” ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədi ilə mərkəzi aparatda Qərargah yaradılıb və Tədbirlər Planı təsdiq edilib.

Prezidentin xorvatiyalı həmkarı ilə görüşündə söylədikləri

25 Oktyabr 2016 15:17

“Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanda səfərdə olan Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə görüşdə Azərbaycanın ərazi bütövlüyünün hər hansı digər ölkəninkindən az əhəmiyyət daşımadığını elə-belə vurğulamadı”.

“Biz yenidən döyüşə getməyə hazırıq”

25 Oktyabr 2016 15:13

Dövlətçiliyimizin ən mühüm şərtlərindən biri olan ordu quruculuğu ilə bağlı tariximizi vərəqləyəndə bu sahədə keçdiyimiz şərəfli yol gözlərimiz önündə canlanır. Son dovrdə yaranmış bəzi dövlətlərdən fərqli olaraq ölkəmizin dövlətçilik təcrübəsi sillahlı qüvvələrimizin formalaşmasında müəyyən ənənəyə söykənib.

Neft qiymətlərinin stabilliyinə nail olmağın ən “əlçatan” yolu

25 Oktyabr 2016 15:11

Ötən həftəyə damğasını vuran əsas xəbərlərdən biri Venesuela prezidenti Nikolas Maduronun Azərbaycana qəfil səfər etməsi oldu. Qısamüddətli səfər çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşən Venesuela prezidentinin açıqlamalarından aydın oldu ki, onu düşündürən əsas məsələ dünya bazarlarındakı neft qiymətləridir və Azərbaycanla da əsas bu məsələdə əməkdaşlılğa üstünlük verir. Düzdür, dövlət başçılarının görüşündə hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. Ancaq əsas diqqətdə olan məsələ məhz neft idi. Elə Venesuela prezidentinin Azərbaycana səfərinin nəticələrini şərh edən iqtisadçılar da bu qənaətdədirlər.

Hələ də qadınlara qarşı zorakılıq faktlarına rast gəlinir

25 Oktyabr 2016 15:02

Oktyabrın 24-də Bakıda Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimi keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Yetkinlik yaşına çatmayanlarla profilaktik isin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov qeyd edib ki, cari ilin doqquz ayı ərzində Azərbaycanda qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb. Bu hüquqa zidd əməllərə görə 2104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub.

ATƏT-in vasitəçiliyi ilə Dağlıq Qarabağ problemi həll edilə bilməz

25 Oktyabr 2016 15:00

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdikləri bir ərəfədə işğalçı Ermənistan köhnə ənənəsinə sadiq qalaraq Dağlıq Qarabağ probleminin həlli mexanizminə mane olmağa çalışıb. Belə ki, Ermənistan rəhbərliyi açıq şəkildə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərindən heç biri geri qaytarılmayacaq. Bununla da Yerevan problemin sülh yolu ilə həlli mümkünlüyünün üstündən xətt çəkmiş olub. Bəs görəsən bundan sonrakı proseslər hansı məcrada inkişaf edə bilər? Ümumiyyətlə, Ermənistanın bu mövqeyi cəbhə xəttində hərbi əməliyyatların başlamasını yenidən zərurətə çevirirmi? Bu və ya digər suallarla Ədalət Partiyasının Ali Məclisinin sədri Mütəllim Rəhimli ilə söhbətləşdik.

Beynəlxalq birliyin Dağlıq Qarabağ probleminə olan biganəliyi

25 Oktyabr 2016 14:59

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona daha bir uğursuz səfəri başa çatdı. Vasitəçilərin sonuncu səfəri bir daha onu təsdiqlədi ki, Minsk qrupu Dağlıq Qarabağ problemini həll etməkdə acizdir. Bəs belə olan halda həmsədrlərin regiona həyata keçirdikləri turistik səfərlər nəyə lazımdır və ya kimin maraqlarına xidmət edir.

Bələdiyyələrə verilən dotasiya suvensiya ilə əvəz olunur

25 Oktyabr 2016 14:49

Azərbaycanda baş tutan referendumdan sonra həyata keçirilməsi nəzərdə tutulan islahatlardan biri də bələdiyyələrlə bağlıdır. Məlumat üçün qeyd edək ki, ölkə Konstitusiyanın böyük bir bölməsi yerli idarəetmə orqanlarına həsr olunur. Konstitusiyanın 142 və 146-cı maddələri bilavasitə bələdiyyələrin fəaliyyətinin tənzimlənməsinə, onların işinin təkmilləşməsinə xidmət edən maddələrdir. Bu, Azərbaycan Konstitusiyasında öz təsdiqini tapıb.

Edam olunan məmur xalqa borcunu belə qaytarır - VİDEO

25 Oktyabr 2016 14:43

Çində oğurluqda ittiham olunaraq ölüm cəzasına məhkum edilən məhbuslar boynunun arxasına güllə vurmaqla edam edilir. Amma bəzən qurbanı ölümcül iynə ilə həyatdan məhrum edilər. Hesab edilir ki, daha "humanist" metoddan istifadə edirlər.

“İçəri şəhər” tammetrajlı bədii filmi Hindistan Beynəlxalq Film Festivalında

25 Oktyabr 2016 14:41

“İçəri şəhər” tammetrajlı bədii filmi 47-ci Hindistan Beynəlxalq Film Festivalına dəvət alıb. “OLAYLAR”-ın xəbərinə görə, festival 20-28 noyabr tarixlərində Qoada keçiriləcək.

Yol təsərrüfatına 593 min manat ziyan dəyib 

25 Oktyabr 2016 14:39

Cari ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 494 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6783,1p/m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 p/m səsboğucu qurğu, 139 metr dəmir-beton sədlər, 30 p/m körpü məhəccəri, 31 p/m istinad divarı və 29 ədəd yol nişanı yararsız hala düşüb. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub.

Əbülfəs Qarayev Qətər səfirini qəbul edib

25 Oktyabr 2016 14:37

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

4-cü soyqırım konfransı keçiriləcək

25 Oktyabr 2016 14:36

Yaxın vaxtlarda Azərbaycanda sayca dördüncü soyqırım konfransı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov verib. Bildirib ki, bu dəfəki konfransın mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur. Bir sıra ölkələrin tanınmış ziyalıları, araşdırmaçı alim və tarixçilərinin qatılacağı konfransda ermənilərin azərbaycanlılara, ümumilikdə türklərə qarşı həyata keçirdikləri deportasiya və soyqırımlardan danışılacaq.

Məktəblilər arasında intellektual oyun keçirilib

25 Oktyabr 2016 14:34

Masallı rayonundakı “ASAN İntellektual” inkişaf mərkəzində məktəblilər arasında "Ən zəif bənd" intellektual oyunu keçirilib.

Milli kimlik anlayışı mövzusunda konfrans keçirilib

25 Oktyabr 2016 14:32

Səbail rayonu İçərişəhər “Cümə” məscidi dini icması tərəfindən “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində “Milli kimlik anlayışı” mövzusunda ilk maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Səbail rayonu İçərişəhər “Cümə” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Nuru İmanov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov, İçərişəhər “Cümə” məscidi dini icmasının sədri Surxay Məmmədli, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.