Qış mövsümü üçün 2000,0 ton duz alınıb

“Azəravtoyol” ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədi ilə mərkəzi aparatda Qərargah yaradılıb və Tədbirlər Planı təsdiq edilib.

"Azəravtoyol" ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədi ilə mərkəzi aparatda Qərargah yaradılıb və Tədbirlər Planı təsdiq edilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Azərduz" ASC ilə bağlanmış müqaviləyə uyğun olaraq ilkin olaraq 2000,0 ton duz alınaraq tabeli müəssisələrə paylanması təşkil edilib. Cəmiyyətin tabeliyindəki Məhdud Məsuliyyətli Cəmiyyətlərə payız-qış mövsümündə vəziyyətə operativ nəzarəti təmin etmək məqsədilə qərargah yaradılması, qış mövsümündə Məhdud Məsuliyyətli Cəmiyyət üzrə sutkalıq növbətçiliyin yaradılmasını təmin edilməsi və s. tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31