Beynəlxalq birliyin Dağlıq Qarabağ probleminə olan biganəliyi

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona daha bir uğursuz səfəri başa çatdı. Vasitəçilərin sonuncu səfəri bir daha onu təsdiqlədi ki, Minsk qrupu Dağlıq Qarabağ problemini həll etməkdə acizdir. Bəs belə olan halda həmsədrlərin regiona həyata keçirdikləri turistik səfərlər nəyə lazımdır və ya kimin maraqlarına xidmət edir.

Münqaişənin alovlanmasını zərurətə çevirir

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona daha bir uğursuz səfəri başa çatdı. Vasitəçilərin sonuncu səfəri bir daha onu təsdiqlədi ki, Minsk qrupu Dağlıq Qarabağ problemini həll etməkdə acizdir. Bəs belə olan halda həmsədrlərin regiona həyata keçirdikləri turistik səfərlər nəyə lazımdır və ya kimin maraqlarına xidmət edir.

Millət vəkili Elman Nəsirov hesab edir ki, həmsdərlərin regiona səfərlərində əsas niyyət əvvəlcə xarici işlər nazirləri, sonra isə prezidentlər səviyyəsində görüş təşkil etməkdir: "Artıq ilin yekunlaşmaq üzrə olduğunu nəzərə alsaq, həmsədrlər ciddi cəhdlə çalışırlar ki, heç olmasa bircə dəfə də olsun prezidentlər səviyyəsində görüş təşkil edilsin. Hansı ki, bu, daha çox öz fəaliyyətlərinə qiymət vermək üçün həmsədrlərə lazımdır. Ancaq, reallıq onu göstərir ki, həmsədrlər il ərzində üçüncü dəfə prezidentlər səviyyəsində görüşə nail olsalar belə, həmin görüşdən müsbət nə isə gözləməyə dəyməz. Bu səbəbdən ki, artıq Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin bəyanatı hər kəsə bəllidir və Azərbaycan prezidenti İlham Əliyev bu bəyanatı yumuşaq dillə desək "insafsız" bir mövqe kimi qiymətləndirib". Elman Nəsirovun sözlərinə görə, danışıqların səmərəsiz olacağını Ermənistanın yeni formalaşan hökumətinin proqramı da təsdiqləyir: "Ermənistanda formalaşan yeni hökumət fəaliyyət proqramında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir güzəştə getməyəcəyini açıqlayıb. Bu, onun göstəricisidir ki, Ermənistanla danışıqlardan və nəticədən söhbət gedə bilməz. Hesab edirəm ki, indiki halda münaqişənin həlli ilə bağlı prosesdə yenidən biz dalanla dirənmənin şahidi oluruq. Ermənistanın yeni hökumətinin proqramında əksini tapan belə bir bənd əslində danışıqlar prosesinə arxadan endirilən zərbə kimi dəyərləndirilməlidir". Millət vəkili onu da diqqətə çatdırıb problemin həllinə olan biganəlik münaqişəni istənilən halda müharibəyə çevirə bilər: "Aprel döyüşləri onu göstərdi ki, münaqişə istənilən halda müharibəyə çevrilə bilər. Görünür, nə Ermənistan, nə də həmsədrlər bundan lazımı dərs ala bilməyiblər. Bu isə Nobel mükafatı laureatlı məşhur amerikalı yazıçı Bernard Şounun "Tarixdən dərs almaq lazımdır. Lakin insanlıq tarixi göstərir ki, onlar heç bir zaman dərs almırlar" fikrini xatırladır. Reallıq budur və bu gün də biz bunun şahidiyik".

Politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Fransanın ATƏT Minsk qrupundakı həmsədrinin dəyişdirilməsindən sonra Minsk qrupu üzvlərinin regiona səfəri çərçivəsində Bakı və Yerevanda keçirdikləri görüşlər gözlənildiyi kimi yenidən nəticəsiz qaldı: "Aparılan bütün müzakirələr isə Qarabağda referenduma Azərbaycanın razılığını almaqdan ibarət olub. Azərbaycan danışıqlarda Laçın dəhlizi əvəzinə Naxçıvanla Mehri dəhlizini gündəliyə gətirməlidir. Və referendum məsələsini də gündəmdən, ümumiyyətlədanışıqlardan çıxarmalıdır. Bu,mövzularla həmsədrlər danışıqları uzatmaqla məşğuldurlar". Politoloq bildirib ki, amerikalı həmsədr Uorlikin işğal olunmuş ərazilərin boşaldılmasını, Qarabağın statusuna bağlamaqla Minsk qrupunun Azərbaycana qarşı ədalətsiz mövqeyini əks etdirmiş oldu: "Minsk qrupunun həmsədri olan Rusiya ilə Birləşmiş Ştatlar hazırda Suriya və Ukrayna böhranında düşmənçilik mövqeyindədilər. Onların Qarabağla bağlı bir qrupda çalışmaları və ortaq məxrəci sual doğurur. Belə aydın olur ki, Birləşmiş Ştatlar və Rusiyanın ermənipərəst mövqeyi bu iki ölkənin Minsk qrupunda birgə fəaliyyətində də öz əksini tapır. Az qala Suriya və Ukraynada müharibə dərəcəsində olan bu, iki ölkəni birləşdirən ortaq mövqe, məhz budur. Sadəcə Azərbaycana yeganə müəyyən konstruktiv siyasət yürüdən Avropa Birliyi (AB) parlamenti yalnız Ermənistanı işğalçı ölkə kimi tanıyıb". Məhəmməd Əsədullazadə Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfəri və bu səfərin problemin həllinə mümkün təsirləri barədə də danışıb. Bildirib ki, Bakıda onun ölkə rəhbərliyi ilə görüşləri planlaşdırılır: "Məlumatlara görə, görüşlərdə əsas müzakirə mövzusu Avropa Birliyi-Azərbaycan əlaqələri və Dağlıq Qarabağ problemi olacaq. Avropa Birliyinin təmsilçisinin aparacağı danışıqlar regional sülhdən və enerji sahələrində əməkdaşlıqdan ibarət olacaq. Qarabağla bağlı müzakirələrin aparılması fikir mübadiləsi kimi qalacaq. Avropa Birliyinin (AB) son bir ayda Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik fəaliyyəti və bəyanatları artıb. Bu hərəkətlilik, qarşıdakı aylarda yenidən Azərbaycanın hərbi əməliyyatlara başlamasından narahatlıqdan irəli gəlir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31