4-cü soyqırım konfransı keçiriləcək
Yaxın vaxtlarda Azərbaycanda sayca dördüncü soyqırım konfransı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov verib. Bildirib ki, bu dəfəki konfransın mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur. Bir sıra ölkələrin tanınmış ziyalıları, araşdırmaçı alim və tarixçilərinin qatılacağı konfransda ermənilərin azərbaycanlılara, ümumilikdə türklərə qarşı həyata keçirdikləri deportasiya və soyqırımlardan danışılacaq.
25 Oktyabr 2016 14:36 SosialYaxın vaxtlarda Azərbaycanda sayca dördüncü soyqırım konfransı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov verib. Bildirib ki, bu dəfəki konfransın mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur. Bir sıra ölkələrin tanınmış ziyalıları, araşdırmaçı alim və tarixçilərinin qatılacağı konfransda ermənilərin azərbaycanlılara, ümumilikdə türklərə qarşı həyata keçirdikləri deportasiya və soyqırımlardan danışılacaq.
Qeyd edək ki, AMEA-nın Tarix İnstitutunun təşkilatçılığı ilə baş tutanhəmin konfranslardan ikisi Qubada, biri isə Şamaxıda reallaşıb.