Gündəm

Çavuşoğlu İraqa hirsini göstərdi

25 Oktyabr 2016 14:29

"Türkiyəyə təhdid olarsa..." "İraqdan Türkiyə təhdid olarsa, qurudan da əməliyyatlar daxil olmaqla bütün hüquqlarımızdan istifadə edəcəyik".

Mosul əməliyyatlarının canlı yayımlanması qadağan edildi

25 Oktyabr 2016 14:26

"Türkiyə və xarici mətbuatın Mosulun İŞİD-dən azad edilməsi üçün aparılan əməliyyatların canlı yayımlaması qadağan edilib".

Daşkənddə Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib

25 Oktyabr 2016 14:25

Daşkənddə fəaliyyət göstərən ingilisdilli Amerika Beynəlxalq Məktəbində Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib.

Cavid Qurbanovdan yeni təyinatlar

25 Oktyabr 2016 14:19

Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, Cavid Qurbanovun federasiya prezidenti seçilməsindən az sonra qurum rəhbərliyində də böyük dəyişikliklər gerçəkləşib.

Mehriban Hüseynovanın məhkəməsində şahid: "Onu İlhamə Quliyeva bıçaqlayıb"

25 Oktyabr 2016 14:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İbrahim Tatlısəs nişanda Günelə nə hədiyyə etdi? - Atası AÇIQLADI

25 Oktyabr 2016 14:16

Ötən gün müğənni Günel Zeynalovanın Türkiyədə nişan mərasimi keçirilib. Olaylar.az aznews.az-a istinadən bildirir ki, bu barədə sənətçinin atası Rəhman Zeynalov məlumat verib. Onun sözlərinə görə, nişan mərasiminə ailəyə yaxın qonaqlar dəvət olunublar: "Nişan mərasimi çox gözəl keçdi. Böyük bir orkestr və tanınan sənətçilər dəvət olunmuşdular. Çox adama əziyyət vermədik".

Tez-tez bizi Azərbaycanla yaxın dostluğumuza görə qınayanlar olur

25 Oktyabr 2016 14:13

"Bu gün İsraillə Azərbaycan arasında çox yaxşı, isti münasibətlər mövcuddur". Olaylar.az APA-ya istinadən bildirir ki, bu sözləri İsrail Knessetinin üzvü Konstantin Rozvozov İsraildə səfərdə olmuş bir qrup jurnalistə açıqlamasında deyib. O, Azərbaycanın tolerant ölkə olduğunu bildirib: "Azərbaycana ilk səfərim zamanı gördüm ki, burada dövlət tərəfindən sinaqoqlara maliyyə ayrılır. Bu, yəhudilərə münasibətin göstəricisidir. Biz bunu görürük və qiymətləndiririk. Bu, başqa ölkələr üçün nümunə ola bilər. Əməkdaşlıq üçün müzakirə edə biləcəyimiz çox sahələr var. Biz Azərbaycandan neft alırıq. Məlumdur ki, tez-tez bizi yaxın dostluğumuza görə qınayanlar olur. Lakin biz bunları qəbul etmirik. Azərbaycan bizim üçün vacib ölkədir. Neft və qazla yanaşı, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq edə bilərik".

ABŞ Rusiya ilə sərhəddə qoşun yerləşdirir

25 Oktyabr 2016 14:08

Birləşmiş Ştatlar Norveçin Rusiya ilə sərhədinə 330 nəfərlik hərbi heyət göndərir. ABŞ-ın dəniz piyadaları sərhəddən min kilometr aralıdakı Vaernes hərbi bazasına yerləşəcəklər.

Sarkisyan məmur qızlarının toyunda oynadı

25 Oktyabr 2016 14:07

Yerevanda eyni gündə “Renesans” restoranında “Hyyat Place” otelinə 25 milyon dollar yatıran Vayoç Dzorun sabiq qubernatoru Samvel Sarkisyanın qızının, “Ocaq” restoran kompleksində isə Ermənistan polisinin sabiq rəisi Ayk Arutyunyanın qızının toyu olub.

Gürcü millətçilərinin lideri: “Azərbaycan Marneulini tutacaq...”

25 Oktyabr 2016 14:04

Qərbə meylli hakimiyyətin xalqın həyat səviyyəsini yaxşılaşdırmaması gürcülərin getdikcə daha çox ümidsizliyə qapılmasıyla nəticələnir.Son seçkilərdə parlamentə keçməyə müvəffəq olan ultramillətçilərin tərəfdarlarının artması məhz cəmiyyətin narahatlığının göstəricisidir.

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək 

25 Oktyabr 2016 14:02

Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək. Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə “dəyirmi masa”lar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək. Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Bakıda NATO-nun  təlimi keçirilir

25 Oktyabr 2016 14:00

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunsum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları” mövzusunda təlim kursu keçirilir. Oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.

“Sarı gəlin” səhnələşdirilmiş şəkildə tamaşaçılara təqdim olunacaq

25 Oktyabr 2016 13:58

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında mədəni irsin təbliğ edilməsi, xalqımızın dünya musiqi xəzinəsinə bəxş etdiyi “Sarı gəlin” mahnısının yaranma tarixini faktlar əsasında dəqiqliyi ilə tamaşaçılara daha yaradıcı şəkildə təqdim etmək məqsədi ilə oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında layihənin təqdimatı keçiriləcək.

Jurnalistlər üçün PR tur keçiriləcək

25 Oktyabr 2016 13:56

Dekabrın 6-da “Excelsior Hotel Baku” otelində jurnalistlər üçün PR tur keçiriləcək. Tədbirdə iştirakçılara “AtaHolding” Şirkətlər Qrupunun bu sahədə keçirdiyi işlər haqqında ətraflı məlumat veriləcək.

Bu ilin 9 ayında 542,7 km yol təmir olunub

25 Oktyabr 2016 13:54

"Azəravtoyol” ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları,prospekt və küçələritikilmiş, yenidən qurulmuş və təmir olunub.