Gündəm
Bank PR menecerləri üçün təlim keçiriləcək
Noyabrın 11-12-də tarixdə Bakıda “World Business Centre”də “Baku School of Public Relations” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı ilə Bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün “Bank sektorunda PR” və “Böhran Kommunikasiyası” mövzusunda növbəti təlim keçiriləcək.
Avtobuslara GPS qurğusu qoyulacaq
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib. Sözügedən tələblərin mərhələli qaydada yerinə yetirilməsi ilə bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər qarşısında məsələ qaldırılır və onların yerinə yetirilməsi təmin edilir.
"Facebook"da videolarla bağlı yeni funksiya
"Facebook" sosial şəbəkəsinin yeni funksiyası videonu televizora translyasiya etməyə imkan verəcək.
WhatsApp-dan möhtəşəm YENİLİK
WhatsApp uzun müddətdir gözlənilən video zəng dəstəyini istifadəçilərlə görüşdürdü. Tətbiqin Android platformasındakı beta versiyası ilə artıq video görüşmələri edə bilərsiniz.
"ABŞ bizə xaltalı it kimi baxmamalıdır"
"Bundan sonra Filippində heç bir ölkənin hərbi bazası yerləşdirilməyəcək". Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Filippin prezidenti Rodriqo Duterte söyləyib.
“İqtibaslar” kitabının elektron versiyası hazırlanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət quruculuğuna dair düşüncələrini əks etdirən “İqtibaslar” kitabının elektron versiyası hazırlanıb. Kitabda ölkə prezidentinin dövlətçilik, müstəqillik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Ermənistan-Türkiyə yaxınlaşması, qaçqın və məcburi köçkünlərin problemləri, terorizm, xarici siyasət, eləcə də demokratik proseslər, təhlükəsizlik problemləri, iqtisadiyyat, dünya ictimaiyyətinə inteqrasiya, roegional layihələr və sair məsələlər haqqında ən vacib sitatları yer alıb.
DİN ana və balanın ölümü barədə məlumat yayıb
Daxili İşlər Nazirliyi Bakıda ana və oğlunun öldüyü yol-nəqliyyat hadisəsi barədə məlumat açıqlayıb. “Olaylar”ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də saat 14 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində Gürcüstan vətəndaşı Arif Nuriyevin idarə etdiyi “MAN” və Bakı şəhər sakini Leyla Mərdanovanın idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə L.Mərdanova və sərnişini, oğlu Asəf hadisə yerində ölüblər. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Büdcə müzakirələrinin vaxtı məlum oldu
Milli Məclis 2017-ci ilin büdcə zərfinin müzakirəsinə noyabr ayının 12-13-də başlayacaq. Bu barədə Milli Məclisindən məlumat verilib. Məlumatda bildirilib ki, gələn ilin büdcə zərfinin müzakirəsi ilə bağlı artıq Milli Məclisin kimitələrində hazırlıqlar da başlayıb. Gələn ilin büdcə zərfi hələ Milli Məclisə daxil olmayıb. Büdcə zərfi parlamentə daxil olduqdan sonra noyabr ayının əvvəllərində deputatlara paylanacağı gözlənilir.
İcra nümayəndəliyinin binasını qarət edən şəxslər saxlanıb
Oğuz rayonunun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından oğurluq törətməkdə və E.Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər tutulub.
Daha 385 şəxsin ölkədən çıxmasına qadağa qoyulub
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, 24 oktyabr tarixinə vergi borcu olduğuna görə 385 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.
Gürcüstandan qanunsuz dərman gətirilməsinin qarşısı alındı
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yağış davam edəcək, bəzi yerlərdə intensiv olacaq
Bakı və Abşeron yarımadasında oktyabrın 26-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Qan qrupu haqqınızda nə deyir?
Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı "qan qrupun hansıdır?" sualıdır. İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir.
Əczaçılıq sahəsində ixtiraçıların hüququ qorunacaq
"Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi əczaçılıq sənayesi məhsullarının yerli ixtiraçılarına hərtərəfli kömək etməyə hazırdır".
İŞİD-in Avropada yeni terror planı - Kamikadze dronlar
Rusiya xüsusi-xidmət orqanlarının əməkdaşları İŞİD-in yeni terror planının üstünü açıblar.














