Gürcüstandan qanunsuz dərman gətirilməsinin qarşısı alındı

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 20 flakon "Kalsiy Folinat", 9 flakon "Citozar", 6 flakon "Docetaxel AqVid ", 20 flakon "Gemcitabin", 98flakon "Ciklofosfan", 9 flakon "Docetaxel Accord", 30 flakon "Oxaliplatin", 30 flakon "Oncosid" və hər birində 5 ampula olmaqla 6 qutu "Oncofluor" dərman preparatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31