“İqtibaslar” kitabının elektron versiyası hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət quruculuğuna dair düşüncələrini əks etdirən “İqtibaslar” kitabının elektron versiyası hazırlanıb. Kitabda ölkə prezidentinin dövlətçilik, müstəqillik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Ermənistan-Türkiyə yaxınlaşması, qaçqın və məcburi köçkünlərin problemləri, terorizm, xarici siyasət, eləcə də demokratik proseslər, təhlükəsizlik problemləri, iqtisadiyyat, dünya ictimaiyyətinə inteqrasiya, roegional layihələr və sair məsələlər haqqında ən vacib sitatları yer alıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət quruculuğuna dair düşüncələrini əks etdirən "İqtibaslar" kitabının elektron versiyası hazırlanıb. Kitabda ölkə prezidentinin dövlətçilik, müstəqillik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Ermənistan-Türkiyə yaxınlaşması, qaçqın və məcburi köçkünlərin problemləri, terorizm, xarici siyasət, eləcə də demokratik proseslər, təhlükəsizlik problemləri, iqtisadiyyat, dünya ictimaiyyətinə inteqrasiya, roegional layihələr və sair məsələlər haqqında ən vacib sitatları yer alıb. Bununla yerli və xarici diplomatlar, siyasətşünaslar, dövlət və ictimai xadimlər, analitiklər, alimlər, gənc mütəxəssislər Azərbaycan prezidentinin məsələlərə baxışları barədə dolğun məlumat əldə edə bilcəklər. İnformasiya bolluğu baxımından faydalı mənbə hesab olunan kitab Azərbaycan prezidentinin dəqiq fikirlərini birinci ağızdan geniş ictimaiyyətə çatdırılması məqsədilə hazırlanıb. Kitabda prezident İlham Əliyevin ən vacib bəyanatları və xüsusi diqqət cəlb edən sitatları siyasi redaktəsiz və şərhsiz dərc edilib. Mənbədə dünyanın maraqları kontekstində Azərbaycanı narahat edən bütün problemlərlə bağlı dövlət başçısının fikirləri əksini tapıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31