Bank PR menecerləri üçün təlim keçiriləcək 

Noyabrın 11-12-də tarixdə Bakıda “World Business Centre”də “Baku School of Public Relations” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı ilə Bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün “Bank sektorunda PR” və “Böhran Kommunikasiyası” mövzusunda növbəti təlim keçiriləcək.

Noyabrın 11-12-də tarixdə Bakıda "World Business Centre"də "Baku School of Public Relations" şirkətinin və "Azerbaijan Public Relations Association" APRA-nın təşkilatçılığı ilə Bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün "Bank sektorunda PR" və "Böhran Kommunikasiyası" mövzusunda növbəti təlim keçiriləcək. Təlimi Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və "Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti"nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılacaq. "OLAYLAR"-ın xəbərinə görə, iki gün davam edəcək təlimdə PR mütəxəssislərin bu sahədə fikir mübadiləsi aparılacaq, bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar veriləcək. Təlim həmçinin ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzularını əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31