İcra nümayəndəliyinin binasını qarət edən şəxslər saxlanıb
Oğuz rayonunun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından oğurluq törətməkdə və E.Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər tutulub.
25 Oktyabr 2016 13:32 KriminalOğuz rayonunun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından oğurluq törətməkdə və E.Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər tutulub. DİN-dən verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından noutbuk, mikrofon və kamera oğurlamaqda, habelə Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31