Mosul əməliyyatlarının canlı yayımlanması qadağan edildi

"Türkiyə və xarici mətbuatın Mosulun İŞİD-dən azad edilməsi üçün aparılan əməliyyatların canlı yayımlaması qadağan edilib".

"Türkiyə və xarici mətbuatın Mosulun İŞİD-dən azad edilməsi üçün aparılan əməliyyatların canlı yayımlaması qadağan edilib".

Olaylar.az report-a istinadən bildirir ki, bu haqda İraqın şimalındakı kürd muxtariyyətinin silahlı qüvvələrinin (peşmərgə) rəhbərliyi məlumat yayıb.
İnformasiyaya görə, bu addım təhlükəsizlik baxımından atılıb və jurnalistlərin döyüş bölgələrinə getməsi qadağan olunub.

Qeyd edək ki, bu gün Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi məqsədi ilə aparılan əməliyyatın 9-cu günüdür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31