Bakıda NATO-nun təlimi keçirilir
Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunsum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları” mövzusunda təlim kursu keçirilir. Oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.
25 Oktyabr 2016 14:00 SosialAzərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunsum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir. Oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.