Sarkisyan məmur qızlarının toyunda oynadı
Yerevanda eyni gündə “Renesans” restoranında “Hyyat Place” otelinə 25 milyon dollar yatıran Vayoç Dzorun sabiq qubernatoru Samvel Sarkisyanın qızının, “Ocaq” restoran kompleksində isə Ermənistan polisinin sabiq rəisi Ayk Arutyunyanın qızının toyu olub.
25 Oktyabr 2016 14:07 DünyaYerevanda eyni gündə "Renesans" restoranında "Hyyat Place" otelinə 25 milyon dollar yatıran Vayoç Dzorun sabiq qubernatoru Samvel Sarkisyanın qızının, "Ocaq" restoran kompleksində isə Ermənistan polisinin sabiq rəisi Ayk Arutyunyanın qızının toyu olub.
"Qraparak" nəşri xəbər verir ki, Ermənistan prezidenti Serj Sarksiyan hər iki toyda iştirak edib.
Məlumata əsasən, toy mərasiminə Ermənistan siyasi elitasının üzvləri də qatılıb. Ermənistan rəhbərliyinin toyda rəqs etdiyi bildirilir.
Məmur qızlarının həyat yoldaşlarının vəzifəli, imkanlı şəxslər olmadığı deyilir.(azvision.az)