Bu ilin 9 ayında 542,7 km yol təmir olunub

"Azəravtoyol” ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları,prospekt və küçələritikilmiş, yenidən qurulmuş və təmir olunub.

"Azəravtoyol" ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları,prospekt və küçələritikilmiş, yenidən qurulmuş və təmir olunub. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bunun 299,0 km respublika, 180,5 km yerli əhəmiyyətli, 63,2 km isə Bakı şəhər yollarıdır. Göstərilən müddət ərzində ümumi istifadədə olan avtomobil yollarında 12 yeni avtomobil körpüsü tikilib, 5 ədədi təmir olunub. Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində 1 ədəd piyada keçidi tikilib, Bakı şəhərində isə 1 ədəd piyada keçidi təmir olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31