Gündəm

Türkiyənin 16 yaşlı qızının elə bir VİDEOsu yayıldı ki...

25 Oktyabr 2016 15:51

Gecə klublarında səhnəyə çıxmağı qadağan edilən 16 yaşlı Aleyna Tilkinin bu videosu Türkiyədə birmənalı qarşılanmayıb.

"Lənkəranski" 500 min dollara killer tutub "Lotu Quli"ni öldürmək istəyirdi...

25 Oktyabr 2016 15:49

Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet, "Rövşən Lənkəranski" ləqəbli Rövşən Canıyevin barışmaz düşməni olan "Lotu Quli"ni (Nadir Səlifov) həbsxanada öldürmək üçün killer tutduğu üzə çıxıb.

Prezident iş adamlarına qəzəbləndi: "Əşyalarınızı yığıb rədd olun"

25 Oktyabr 2016 15:46

Filippin prezidenti Rodriqo Duterte bəyan edib ki, narkotiklərlə bağlı elan edilmiş "müharibə"dən narazı qalan əcnəbi iş adamları "əşyalarını yığıb gedə bilərlər".

"Cəhənnəm kölələri": onlar bu şəraitdə işləyirlər

25 Oktyabr 2016 15:44

"Dünyanın ən çirkli şəhərlərindən birinə yollandığımı bilirdim. Üstəlik, məni təəccübləndirmək çox çətindir, çünki nə qədər ölkəni dolaşmışam. Lakin orada heyrətləndim. Ora sanki cəhənnəmdi..."

77 yaşlı qadının meyiti mənzilində tapılıb

25 Oktyabr 2016 15:41

Bakıda 77 yaşlı qadının mənzilində meyiti tapılıb. “Olaylar”ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Qasımova Firəngiz Hənifə qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Arvadını döyərək öldürən şəxs tutulub

25 Oktyabr 2016 15:40

Oktyabrın 24-də paytaxtın Yusif Səfərov küçəsindəki mənzildə həyat yoldaşını vəhşicəsinə döyərək öldürən şəxs tutulub. “Olaylar”ın məlumatına görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 37 yaşlı Dilarə Hüseynovanı qətlə yetirən 1974-cü il təvəllüdlü Əkbərzadə Namiq İsa oğlu yaxalanaraq istintaqa təhvil verilib. O, ilkin olaraq hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Bildirilir ki, əri tərəfindən taxta ilə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Faktla bağlı Xətai Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir. 

“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi dəyirmi masa keçirib

25 Oktyabr 2016 15:38

“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusundakı növbəti “dəyirmi masa”sını Xaçmaz rayonuda keçirib. Tədbir ictimai birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsi çərçivəsindəki sayca üçüncü toplantıdır.

Politoloq: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni icra mexanizmi hazırlanmalıdır"

25 Oktyabr 2016 15:32

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni icra mexanizmi hazırlanmalıdır". Olaylar.az bildirir ki, bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

"Gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar"

25 Oktyabr 2016 15:31

"Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunmasına çalışırıq. Biz səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar".

Türkiyə bu FETÖ-çünün yerini deyənə 4 milyon mükafat verəcək

25 Oktyabr 2016 15:29

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin təlimatı ilə prosesləri idarə etməkdə şübhəli sayılan Adil Öksüzün yeri barədə məlumat verən şəxsə 4 milyon lirə mükafat ödənəcək.

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsini qəbul edib 

25 Oktyabr 2016 15:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qorxunc PROQNOZ

25 Oktyabr 2016 15:25

Buz dövrünün başlayacağı vaxt AÇIQLANDI Kembric universitetinin alimləri hesab edir ki, 15 ildən sonra dünyada temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. 

“Hər yerindən duran taksi fəaliyyəti göstərə bilməz”

25 Oktyabr 2016 15:23

Hazırda ölkə ərazisində taksi fəaliyyəti ilə məşğul olanlar heç də az deyil. Bunun üçün qanunda göstərilmiş müəyyən tələblərə əməl etmək lazımdır. Yerli dövlət qeydiyyat nişanı  olan və digər tələbləri yerinə yetirən hər bir sürücü müstəqil şəkildə taksi fəaliyyəti göstərə bilər.

"Binaya elə bil benzin tökülmüşdü"

25 Oktyabr 2016 15:22

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vaqif Mustafazadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək

25 Oktyabr 2016 15:20

Nizami Kino Mərkəzində virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan şirkəti tərəfindən hazırlanmış film “Mənim tanıdığım Vaqif” adlanır. Tammetrajlı sənədli filmi ictimaiyyətə təqdimatında nazirliyin rəsmiləri, Vaqif Mustafazadənin yaxınları və caz həvəskarları iştirak edəcək.