Arvadını döyərək öldürən şəxs tutulub
Oktyabrın 24-də paytaxtın Yusif Səfərov küçəsindəki mənzildə həyat yoldaşını vəhşicəsinə döyərək öldürən şəxs tutulub. “Olaylar”ın məlumatına görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 37 yaşlı Dilarə Hüseynovanı qətlə yetirən 1974-cü il təvəllüdlü Əkbərzadə Namiq İsa oğlu yaxalanaraq istintaqa təhvil verilib. O, ilkin olaraq hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Bildirilir ki, əri tərəfindən taxta ilə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Faktla bağlı Xətai Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.
25 Oktyabr 2016 15:40 KriminalOktyabrın 24-də paytaxtın Yusif Səfərov küçəsindəki mənzildə həyat yoldaşını vəhşicəsinə döyərək öldürən şəxs tutulub. "Olaylar"ın məlumatına görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 37 yaşlı Dilarə Hüseynovanı qətlə yetirən 1974-cü il təvəllüdlü Əkbərzadə Namiq İsa oğlu yaxalanaraq istintaqa təhvil verilib. O, ilkin olaraq hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Bildirilir ki, əri tərəfindən taxta ilə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Faktla bağlı Xətai Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.