Prezident iş adamlarına qəzəbləndi: "Əşyalarınızı yığıb rədd olun"
Filippin prezidenti Rodriqo Duterte bəyan edib ki, narkotiklərlə bağlı elan edilmiş "müharibə"dən narazı qalan əcnəbi iş adamları "əşyalarını yığıb gedə bilərlər".
25 Oktyabr 2016 15:46 DünyaFilippin prezidenti Rodriqo Duterte bəyan edib ki, narkotiklərlə bağlı elan edilmiş "müharibə"dən narazı qalan əcnəbi iş adamları "əşyalarını yığıb gedə bilərlər".
Olaylar.az bildirir ki, bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.
Dövlət başçısı qeyd edib: "Bu halda əşyalarınızı yığıb ölkədən gedə bilərsiniz. Sizi inandırıram ki, biz yaşayacağıq".
Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Daniel Rassel bəyan etmişdi ki, Filippin prezidentinin narkotiklərlə mübarizə üzrə siyasəti iş adamlarının narahatlığına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31