Hələ də qadınlara qarşı zorakılıq faktlarına rast gəlinir
Oktyabrın 24-də Bakıda Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimi keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Yetkinlik yaşına çatmayanlarla profilaktik isin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov qeyd edib ki, cari ilin doqquz ayı ərzində Azərbaycanda qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb. Bu hüquqa zidd əməllərə görə 2104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub.
25 Oktyabr 2016 15:02 SosialHicran Hüseynova: "Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir"
Oktyabrın 24-də Bakıda Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimi keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Yetkinlik yaşına çatmayanlarla profilaktik isin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov qeyd edib ki, cari ilin doqquz ayı ərzində Azərbaycanda qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb. Bu hüquqa zidd əməllərə görə 2104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Onun sözlərinə görə, cinayətlərin 13 faizi, yəni 4552-dən 591-i və ya hər səkkizincisi ailə-məişət münaqişəsi zəminində baş verir. Şöbə rəisi vurğulayıb ki, hesabat dövründə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb: "Qadınlara qarşı zorakılıq, eləcə də məişət zorakılığı ilə bağlı nazirliyə və onun ərazi polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır. Münaqişəli ailələr uçota götürülərək aidiyyəti üzrə qurumlar da cəlb edilməklə qabaqlayıcı əməliyyat profilaktiki tədbirlər həyata keçirilir". A.Adıgözəlov əlavə edib ki, hazırda daxili işlər orqanlarında xidmət edən 2 860 qadından 1 347-si xüsusi rütbəsi olanlar, 1 513-ü mülki işçilərdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir". Komitə sədri bildirib ki, hazırda bütün yerli icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb: "Təəssüf ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlinir. Ermənistanın Azərbaycana təcavüzü və torpaqların 20 faizinin zəbt olunması, ölkədə bir milyondan çox vətəndaşın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaradıb. Xüsusilə, hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadın və uşaqlar olur. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiyası vacibdir. Dövlətin əsas prioriteti qadınların öz hüququnu bilməsi, onların fəallığını artırmaqdır. Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır. Bundan başqa, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşir". Hicran Hüseynovanın sözlərinə görə, təəssüf ki, Azərbaycanda görülən işlərə baxmayaraq, hələ də qadınlara qarşı zorakılıq faktlarına rast gəlinir. O, bildirib ki, bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər hələ də aktuallığını saxlayır: "Erkən nikahlar, qadınlara qarşı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir". Xüsusilə hərbi münaqişələrdə zorakılığa məruz qalanların əsasən qadın və uşaqlar olduğunu vurğulayan komitə sədri qeyd edib ki, yaşanılan stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir: "Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya olmaları vacibdir". H.Hüseynova deyib ki, dövlətin əsas prioriteti qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılmasıdır: "Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır. Bundan başqa, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi çətinliklərlə üzləşirlər". O, həmçinin əlavə edib ki, hazırda bütün yerli icra hakimiyyətlərində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb: "Ölkədə qadın hüquqlarının müdafiəsi, milli qadın hərakatının formalaşması və genişlənərək institutlaşması üçün mühüm işlər görülüb. Azərbaycanda bu sahədə güclü hüquqi qanunvericilik bazası yaradılıb. Mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Qadınlarımız bilir ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Lakin təkcə qanunların qəbul olması əsas deyil, onların həyata keçirilməsi də vacibdir. Məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və qoşulduğumuz konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir". Komitə sədri əlavə edib ki, Azərbaycan rəhbərliyinin dəstəyi ilə ölkədə güclü hüquqi qanunvericilik bazası yaradılıb. Mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Onun sözlərinə görə, artıq qadınlar onların arxasında güclü dövlət müdafiəsinin dayandığını bilir. Komitə sədri vurğulayıb ki, təkcə qanunların qəbul olması əsas deyil, onların implementasiyası da vacibdir: "Məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və qoşulduğumuz konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir". H.Hüseynova qeyd edib ki, məişət zorakılığın qarşısının alınması istiqamətində Məlumat Bankı yaradılıb. Məlumatlar toplanaraq statistik təhlil aparılır və problemlər araşdırılır: "Burada əsas iki məqsəd var. ilk növbədə biz araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəldir, xüsusilə regionlarda seminarlar, görüşlər keçiririk. İkincisi isə hansı istiqamətdə işin aparılmasını müəyyənləşdiririk. Bu günlərdə Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən "Məişət zorakılığının qarşısının alınması ilə bağlı" 2016-2018-ci illər üçün birgə tədbirlər planı təsdiq olunub".
Alim