Əbülfəs Qarayev Qətər səfirini qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Nazir Əbülfəs Qarayev Qətər Dövlətində keçirilmiş Azərbaycanın turizm potensialının təqdimatı, mədəniyyət günlərinin çox müsbət nəticələr verdiyini bildirib və hazırda da iki ölkənin bu sahələrdə əlaqələrinin genişləndirilməsi üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Görüşün sonunda nazir Əbülfəs Qarayev Qətər nümayəndə heyətini 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31