“İçəri şəhər” tammetrajlı bədii filmi Hindistan Beynəlxalq Film Festivalında

“İçəri şəhər” tammetrajlı bədii filmi 47-ci Hindistan Beynəlxalq Film Festivalına dəvət alıb. “OLAYLAR”-ın xəbərinə görə, festival 20-28 noyabr tarixlərində Qoada keçiriləcək.

"İçəri şəhər" tammetrajlı bədii filmi 47-ci Hindistan Beynəlxalq Film Festivalına dəvət alıb. "OLAYLAR"-ın xəbərinə görə, festival 20-28 noyabr tarixlərində Qoada keçiriləcək. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Qeyd edək ki, "İçəri şəhər" 35-ci Qahirə Beynəlxalq Film Festivalı və 5-ci Van gölü Beynəlxalq Film Festivalında da nümayiş etdiriləcək. Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31