Gündəm
Moldovada azərbaycanlı əsgərlərə məxsus yüzlərlə məzar tapıldı
İkinci Dünya müharibəsində həlak olmuş 206 azərbaycanlının Moldovada dəfn yeri tapılıb.
Demokratiyanın “beşiyində” antidemokratik oyunlar
Birləşmiş Ştatlarda gələn ay keçiriləcək prezident seçkiləri dünyanın diqqət mərkəzində olan əsas məsələlərdəndir. Gərgin keçən seçki kampaniyası bu dəfəki noyabr seçkilərinin Birləşmiş Ştatlar tarixində bir ilk olacağını söyləməyə əsas verir.
Sərnişindaşımada qiymətlərlə bağlı Tarif Şurasına müraciət ediləcək
Bakı Nəqliyyat Agentliyi paytaxtda şəxsi avtomobili ilə taxsi xidməti göstərən avtomobillərdə taksometrlərin quraşdırılması ilə bağlı qiymətlərin tənzimlənməsi üçün Tarif Şurasına müraciət edəcək.
Xəzəryanı ölkələr ilkin saziş imzaladılar
Tehranda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupunun 47-ci iclası keçirilib.
Ata və qızı uşaq oğurlayıb analarını fahişəliyə məcbur etdilər
Türkiyədə dəhşətli cinayətin üstü açılıb. Milli.Az milliyet-ə istinadən bildirir ki, Adanada uşaqlarını qaçırdıqları qadınlara şiddət, ya da şantaj yolu ilə fahişəlik etdirən ata və qızı polislər tərəfindən saxlanılıb.
Gənclər vətənpərvər oğullarla fəxr edir
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına müsbət təkan verən amillərdən biri də milli qəhrəmanlar, şəhidlərin ruhuna olan yüksək ehtiram hissidir.
Azərbaycanda qaynanaya qarşı əxlaqsızlıq
Qayınanasını zorladığı üçün həbs edilən Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Taleh Səfərov 11 aprel 2016-cı ildə saat 18:00 radələrində qaynı Radiq Səlimov (ad və soyad şərti verilib) ilə birlikdə Oğuz rayonunun Bucaq kəndində yerləşən “Region 48” adlı kafedə yeyib-içib. İçki məclisi gecəyarısınadək davam edib. Bir gün sonra – aprel 12-də, gecə saat 01:00 radələrində Taleh Səfərov qaynı ilə birlikdə sonuncunun evinə gəlib.
Komitə sədri: “Firmalar xəstəxanaları bir-bir gəzərək öz dərmanlarını reklam edirlər”
“Firmaların satdığı bir sıra dərmanların reklamı zamanı ehtiyatlı olmaq lazımdır”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər məsələsinin müzakirəsi zamanı deyib.
Şuxrat Salamovla Atatarük Liseyində görüş keçirilib
Azərbaycanda səfərdə olan tanınmış özbək yazıçısı Şuxrat Salamov (Barlas) Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində olub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, yazıçı liseyin müəllim və şagird heyəti ilə görüşüb. Görüşdə Şuxrat Salamov Dağlıq Qarabağ problemi, erməni işğalı və azərbaycanlılara, ümumən türklərə qarşı həyata keçirilən soyqırımlar barədə kitab yazmağın zərurəti barədə danışıb. Həmçinin o, gələcək yaradıcılıq planları barədə də məktəbliləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıb.
Niderlandda erməni təxribatı
Niderlandda keçirilən tədbirlərin birində ermənilər soydaşlarımızı təxribata çəkməyə çalışıblar. Bu barədə “OLAYLAR”-a məlumat verən Niderlandda yaşayan soydaşımız, fəal diaspor üzvü Firəngiz Bağırova bildirib ki, tədbirdə çıxışçılar arasənda yer alan erməni qız Azərbaycanın əleyhinə fikirlər söyləməyə başlayıb və Qarabağ probleminin başlamasının səbəbi kimi Sumqayıt hadisələrini göstərib: “Mən də cavab verdim ki, səhvin var.
Xarici valyutanı Azərbaycandan çıxarmaq istədi
"Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən AR vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb. Əməliyyat-İstintaq tədbirləri davam etdirilir.
Çıxarış almaq istəyən vətəndaşlara yardım
Vətəndaşlar onlara məxsus daşınmaz əmlaka dair çıxarış almaq üçün tələb olunan sənədlərin siyahısı ilə indi daha rahat və çevik şəkildə tanış ola biləcəklər.
Millət vəkili: “Qadın hüquqları ilə bağlı bir sıra problemlər aktuallığını saxlayır”
“Bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır”.
Azərbaycanda 871 yeni təsərrüfat subyekti yaradılıb
Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində 871 yeni təsərrüfat subyekti yaradılıb. Bu isə təxminən 3 milyon əhalinin işlə məşğuliyyəti deməkdir. “Olaylar” xəbər verir ki, bunu oktyabrın 26-da “Azərbaycanda torpaq islahatı-20: nailiyyətlər və perspektivlər” mövzusunda Bakıda keçirilən Ümumrespublika elmi-praktik konfransda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev deyib.
Vergilər Nazirliyi yenə 1-ci yerdədir
Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarının 2016-cı ildə informasiya açıqlığına dair internet resurslarının "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilmiş monitorinqinin nəticələrinə əsasən hesabat və reytinq cədvəli açıqlanıb.














