Şuxrat Salamovla Atatarük Liseyində görüş keçirilib
Azərbaycanda səfərdə olan tanınmış özbək yazıçısı Şuxrat Salamov (Barlas) Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində olub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, yazıçı liseyin müəllim və şagird heyəti ilə görüşüb. Görüşdə Şuxrat Salamov Dağlıq Qarabağ problemi, erməni işğalı və azərbaycanlılara, ümumən türklərə qarşı həyata keçirilən soyqırımlar barədə kitab yazmağın zərurəti barədə danışıb. Həmçinin o, gələcək yaradıcılıq planları barədə də məktəbliləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıb.
26 Oktyabr 2016 16:30 SosialAzərbaycanda səfərdə olan tanınmış özbək yazıçısı Şuxrat Salamov (Barlas) Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində olub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, yazıçı liseyin müəllim və şagird heyəti ilə görüşüb. Görüşdə Şuxrat Salamov Dağlıq Qarabağ problemi, erməni işğalı və azərbaycanlılara, ümumən türklərə qarşı həyata keçirilən soyqırımlar barədə kitab yazmağın zərurəti barədə danışıb. Həmçinin o, gələcək yaradıcılıq planları barədə də məktəbliləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıb.