Niderlandda erməni təxribatı

Niderlandda keçirilən tədbirlərin birində ermənilər soydaşlarımızı təxribata çəkməyə çalışıblar. Bu barədə “OLAYLAR”-a məlumat verən Niderlandda yaşayan soydaşımız, fəal diaspor üzvü Firəngiz Bağırova bildirib ki, tədbirdə çıxışçılar arasənda yer alan erməni qız Azərbaycanın əleyhinə fikirlər söyləməyə başlayıb və Qarabağ probleminin başlamasının səbəbi kimi Sumqayıt hadisələrini göstərib: “Mən də cavab verdim ki, səhvin var.

Niderlandda keçirilən tədbirlərin birində ermənilər soydaşlarımızı təxribata çəkməyə çalışıblar. Bu barədə "OLAYLAR"-a məlumat verən Niderlandda yaşayan soydaşımız, fəal diaspor üzvü Firəngiz Bağırova bildirib ki, tədbirdə çıxışçılar arasənda yer alan erməni qız Azərbaycanın əleyhinə fikirlər söyləməyə başlayıb və Qarabağ probleminin başlamasının səbəbi kimi Sumqayıt hadisələrini göstərib: "Mən də cavab verdim ki, səhvin var. Hər şey Ermənistanda başlandı. Bəzi insanların acgözlüyündən. "Garabağ bizimdir" qışqıran ermənilərin mənfur niyyətindən meydana çıxdı. Evlərini, ata yurdlarını itirən ilk qacqınlar Ermənistandan Azərbaycana qovuldu. Yanımızda oturan holland qadına da mübahisəmiz, erməniyə verdiyim cavab maraqlı gəldi. Məlumat üçün qeyd edim ki, onunla hələ sentyabrın sonlarında danışıb tədbirin Azərbaycan mədəniyyətinə aid olduğunu bildirmişdim. dir demişdim. Tədbirdə heç bir siyasi söhbətin aparılmayacağını bildirmişdim. Bizim mübahisə baş verən zaman hollan qadın onu aldatdığını zənn etdi və musiqi proqramı adı ilə dəvət aldığını dedi. Həmçinin irad bildirdi ki, facebook səhifəmdə ermənilərə nifrət hissimi büruzə vermişəm. Cavabında isə bildirdim ki, xalqımın çörəyini yeyən, torpağında yaşayan, azərbaycanlıları öz evindən, yurdunnan qovan, insanlıq cildinnən çıxmış işgənçələr verən bir vəhşiyə, adam deyə bilmərəm. Digər tərəfdən fb səhifəm mənim şəxsi səhifəmdi. Mən demokratik bir ölkədə yaşayıram və yalan heç nə paylaşmıram. Nəyi və necə edəcəyimi mənə hec kəs diqtə edə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31