Azərbaycanda 871 yeni təsərrüfat subyekti yaradılıb
Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində 871 yeni təsərrüfat subyekti yaradılıb. Bu isə təxminən 3 milyon əhalinin işlə məşğuliyyəti deməkdir. “Olaylar” xəbər verir ki, bunu oktyabrın 26-da “Azərbaycanda torpaq islahatı-20: nailiyyətlər və perspektivlər” mövzusunda Bakıda keçirilən Ümumrespublika elmi-praktik konfransda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev deyib.
26 Oktyabr 2016 16:12 SosialSon illər Azərbaycanda kənd təsərrüfatı sahəsində 871 yeni təsərrüfat subyekti yaradılıb. Bu isə təxminən 3 milyon əhalinin işlə məşğuliyyəti deməkdir. "Olaylar" xəbər verir ki, bunu oktyabrın 26-da "Azərbaycanda torpaq islahatı-20: nailiyyətlər və perspektivlər" mövzusunda Bakıda keçirilən Ümumrespublika elmi-praktik konfransda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev deyib. R.Balayev 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasından ötən 20 il ərzində kənd təsərrüfatında əldə edilmiş nailiyyətlər, bu sahədə görülmüş və görüləcək işlər haqqında məlumat verib. O, vurğulayıb ki, 1996-cı ildə qəbul olunmuş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu kənddə azad sahibkarlığın yaranmasının əsasını təşkil edib. R.Balayev bildirib ki, Azərbaycanda aqrar sahədə aparılan məqsədyönlü hüquqi və iqtisadi islahatlar respublikamızın ərzaq təhlükəsizliyində əhəmiyyətli rol oynayıb. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair çoxşaxəli tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları qəbul edir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri sayılır.