Xarici valyutanı Azərbaycandan çıxarmaq istədi
"Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən AR vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb. Əməliyyat-İstintaq tədbirləri davam etdirilir.
26 Oktyabr 2016 16:18 Kriminal"Şıxlı" sərhəd nəzarət məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən AR vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi "Mercedes" markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb. Əməliyyat-İstintaq tədbirləri davam etdirilir.