Çıxarış almaq istəyən vətəndaşlara yardım

Vətəndaşlar onlara məxsus daşınmaz əmlaka dair çıxarış almaq üçün tələb olunan sənədlərin siyahısı ilə indi daha rahat və çevik şəkildə tanış ola biləcəklər.

Tələb olunan sənədlərin siyahısı bu linkdə yerləşdirilib
 

Vətəndaşlar onlara məxsus daşınmaz əmlaka dair çıxarış almaq üçün tələb olunan sənədlərin siyahısı ilə indi daha rahat və çevik şəkildə tanış ola biləcəklər. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində bu siyahını əks etdirən "Vətəndaşların nəzərinə" adlı ayrıca keçid (link) yaradılıb. Bu barədə Komitədən verilən məlumata görə, burada mənzil fondunun özəlləşdirilməsi, fərdi yaşayış evlərinin ilkin qeydiyyatı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün tələb olunan sənədlərin siyahısı əksini tapıb. Həyətyanı torpaq sahəsi və bağ evi olan vətəndaşlar da bu əmlakların ilkin qeydiyyatı üçün zəruri sənədlərin siyahısını bu linkdə görə bilərlər. Fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı da bu linkdə yer alıb. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələrinin ilkin qeydiyyatı ilə bağlı sənədlərlə də burada tanış olmaq mümkündür. Bu siyahı isə yalnız 2001-ci il 1 yanvar tarixinədək ayrılmış torpaq sahələrinin qanuni istifadəçilərinə şamil edilir. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaranan tarixdən əvvəl yaranmış mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərin siyahısı da linkdə əksini tapıb. Bu mülkiyyət hüquqlarına Xidmət fəaliyyətə başlayana qədər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış hüquqlar və bu barədə verilmiş sənədlər aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31