Vergilər Nazirliyi yenə 1-ci yerdədir
Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarının 2016-cı ildə informasiya açıqlığına dair internet resurslarının "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilmiş monitorinqinin nəticələrinə əsasən hesabat və reytinq cədvəli açıqlanıb.
26 Oktyabr 2016 16:10 Sosialİnternet səhifəsinin informasiya açıqlığına görə
Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarının 2016-cı ildə informasiya açıqlığına dair internet resurslarının "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilmiş monitorinqinin nəticələrinə əsasən hesabat və reytinq cədvəli açıqlanıb. "Olaylar" xəbər verir ki, Mərkəzin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə və beynəlxalq normalara uyğun olaraq bu ilin iyun - oktyabr aylarında apardığı monitorinqlər zamanı ölkədə fəaliyyət göstərən 70 mərkəzi icra hakimiyyəti orqanı və 68 yerli icra hakimiyyəti orqanının rəsmi internet resursları təhlil edilib. Saytların informasiya açıqlığı vəziyyəti 60 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla təhlil edilib. Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlanıb. Cari ildə 70 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 61,5% təşkil edib. Mərkəzin bu ilin iyun-oktyabr ayılarında apardığı monitorinqlər nəticəsində Vergilər Nazirliyi internet resurslarının informasiya açıqlığı üzrə 79,1%-lə birinci yerdədir.