Gündəm
MSN-ın silahlarının çeşidi 2 dəfə artıb
2016-cı ilin 9 ayında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 81 faizini müdafiə və xüsusi təyinatlı, 19 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Bu barədə nazirliyin tabeli müəssisələrində 2016-cı ilin 9 ayının yekunlarına həsr edilmiş səyyar kollegiyada məlumat verilib.
Canlı yayımda Şəbnəmin hacı ilə kəbin kağızı nümayiş olundu - VİDEO
Şəbnəm Tovuzlu Lider kanalında kəbin kağızını nümayiş etdirib.
Adı qalmaqallardan düşməyən Şəbnəmdən növbəti- ŞOK AÇIQLAMA
Müğənni Şəbnəm Əsədova son günlər haqqında yayılan xoşagəlməz hadisələr haqqında danışıb. SİA-nın məlumatına görə, o, bu barədə verilişlərin birində danışıb: "Bəzi xəbər saytları başlıqlar qoyublar ki, kiminsə ailəsini dağıtmışam. Amma həmin xəbəri yazan jurnalistlər bilsinlər ki, mənim uşağımın atası 1 il bundan öncə ailəsindən ayrılıb. Mənim də birinci ailəm düz gətirməyib, ayrılmışam. Yəni mən heç kimin ailəsini dağıtmıram. Biz ağsaqqalların razılığı ilə bir araya gəlmişik. Həyat yoldaşımı müğənnilərin əksəriyyəti tanıyır. Ərim reklam olunmağı sevmir. Əsl kişi də reklamı sevməz. Xüsusi ilə qeyd edim ki, həyat yoldaşım yanımdadır. Sadəcə olaraq hazırda işi ilə əlaqədar Moskvadadır. Amma yenidən ailəsinin yanına gələcək".
Partiya sədri, Cəmil Həsənli üçün “Toplan”dan misal çəkdi- AÇIQLAMA!
“Toplan” çizgifilmi haqqında yəqin ki, məlumatınız var. Süjet xətti belədir ki, səhər-səhər günəş aşağıda olanda, Toplan narazılıq edir ki, mən balacayam, günəş yuxarı çıxanda, Toplanın kölgəsi böyük görünür və özünü böyük görür. Yenə də gün batanda kölgəsi aşağı düşür və Toplan yenə də özünü balaca görür. Yəqin Əli Kərimli və Cəmil Həsənli özlərinə günəş pik nöqtədə olanda, baxırlar və kölgələrini böyük görürlər, bu baxımdan özlərini böyük bir şey hesab edirlər”.
Hamamda partlayış baş verdi
Gəncə şəhərində mənzilin hamamında partlayış baş verib. Mavi yanacağın sızması nəticəsində Elçin Nağıyev yanıq xəsarətləri alıb. Gəncə şəhər Təcili Yardım Tibbi Xəstəxanasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta ağırdır.
Hikmət Hacıyev: “Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa çalışır"
Azərbaycan Respbublikasının xarici siyasətində Cənub və Cənub-Şərqi Avropa ölkələri və xüsusda da Balkan ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bildiyiniz kimi Azərbaycanın Balkan ölkələrində, o cümlədən də Xorvatiyada da diplomatik nümayəndəliyi fəaliyyət göstərir. İki ölkə arasında müstəqilliyimizin əldə edilməsindən sonra və Xorvatiyanın da keçmiş Yuqaslaviyadan ayrılmasından sonra müstəqillik prinsipləri əsasında diplomatik əlaqələr də inkişaf edib.
Vatikan: "Ölənlərin külünü evdə saxlamayın"
Vatikan mömin katoliklərə yaxın və doğmalarının küllərini evdə saxlamağı və ya səpələməyi qadağan edib.
"Məni yerdə sürüdü, təpiklədi, 10-15 oğlan güclə əlindən aldı" - VİDEO - FOTO
Əri tərəfindən zorakılığa məruz qalan qadının ürək dağlayan hekayəsi. Qohumları ondan imtina ediblər.
Ərdoğandan Qarabağ AÇIQLAMASI
Türkiyə Azərbaycanın əsas probleminə - Dağlıq Qarabağ münaqişəsinə laqeyd qala bilməz. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, əgər Azərbaycan xalqı əziyyət çəkirsə, Türkiyə buna laqeyd qala bilməz.
Vəhhabi alimindən futbolla bağlı ŞOK FƏTVA: Haramdır
Ərəbistanın vəhhabi alimlərindən biri yeni fətvasıyla gündəmə gəlib. Milli.Az islamazeri.az-a istinadən bildirir ki, Ərəbistanın Dini Elmlər İnstutunun elmi heyət üzvlərindən olan Muhəmməd əl-Useymi komandaların müqavilə ilə oyunçu alış-verişinin haram olduğunu elan edib.
Xəyanətin tək şahidi tutuquşu oldu, amma...
Küveytdə bir tutuquşu kişinin həyat yoldaşına evin xidmətçisi ilə xəyanətini ifşa edib. Olaylar.az publika.az-a istinadən bildirir ki, tutuquşunun daha əvvəllər heç vaxt eşitmədiyi sevgi sözlərini təkrarlaması qadını şübhələndirib.
Dövlət xəstəxanalarının statusu dəyişdirilir
Uzun illərdən bəri reallaşdırılması mümkün olmayan icbari tibbi sığortanın tətbiqi barədə müxtəlif versiyalar irəli sürülüməkdədir. Hətta pilot layihələrin belə gercəkləşdirilməsinə maneə olan əngəllər belə versiyaların ortaya atılmasına səbəb olur.
Azərbaycanda ürək transplantasiyası mümkün olacaq
Oktyabrın 26-da Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirilib. İclasda “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqında” və “Dərman vasitələri haqqında” qanunlarına dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən sözügedən komitəsini sədri Əhliman Əmiraslanovun sözlərinə görə, layihədə “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqında” qanunun 16-cı maddəsinə dəyişiklik təklif edilir.
Həmsədrlər riyakar münasibətdən əl çəkməlidirlər
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıb. Bəyanatda həmsədrlər atəşkəs barədə razılığa əməl edilməsinin cari danışıqlar üçün lazımi əsas verdiyini, Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə qəbul edilən qərarların tam həyata keçirilməsinin əhəmiyyətini qeyd edib:
Xaricdən maliyyələşən QHT-lərə nəzarət gücləndiriləcək
Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq edilsin. Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə həvalə olunub. Maraqlıdır, prezidentin imzaladığı fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün nə vəd edir?














