Gündəm

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar tükənir

26 Oktyabr 2016 15:33

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti uğursuz səfəri bir daha onu təsdiqlədi ki, vasitəçilər hazırkı situasiyada Dağlıq Qarabağ probleminin həlli barədə düşünmür. Onların əsas maraq dairəsində olan məsələ mövcud status-kvonun saxlanılması, atəşkəs rejiminin davamlı olmasıdır. Bu da açıq-aşkar işğalçı Ermənistanın maraqlarına xidmət etmək deməkdir.

İllərin axarında durulan suyumuz

26 Oktyabr 2016 15:32

  Ötən bazar ertəsi nahar fasiləsinə az qalmış mobil telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Cavab verdiyimdə bir xanım Bakıdan, Blue Filters şirkətinin fərdi istifadə üçün təklif etdiyi sutəmizləyici qurğuların tanıtımı ilə əlaqədar zəng etdiyini bildirdi.

Rusiya ən dəhşətli nüvə raketinin fotosunu ilk dəfə yaydı, nüvə müharibəsi üçün hazırlıqlara başladı

26 Oktyabr 2016 15:28

Rusiya ilk dəfə olaraq özünün yeni və ən böyük nüvə silahının—«RS-28 Sarmat» adlı qitələrarası ballistik raketinin fotolarının mətbuatda yayılmasına icazə verib. Qərb mətbuatı yazır ki, Kremlə yaxın «Sputnik» agentliyinin bu silahın gücü barədə hələ may ayında yazmışdı. Agentlik raketin bütün Fransanı, yaxud Texası yer üzündən silmək iqtidarında olduğunu yazırdı.

İran XİN Xəzərin dibinin bölünməsi ilə bağlı ilkin razılıq haqda

26 Oktyabr 2016 15:26

Xəzərin statusu haqqında Konvensiya layihəsinin hazırlanması ilə bağlı işçi qrupun Tehranda keçirilən iclasında dənizin dibinin sərhədlərinin müəyyən olunması və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub.

“Çudo Peçka” müflüsləşdi, 14 mağazadan 4-ü qalıb

26 Oktyabr 2016 15:25

“Çudo Peçka” mağazalar şəbəkəsi müflüs olub. Şirkət işçilərin əməkhaqqını və mağazaların aylıq kirayə pulunu ödəməkdə çətinlik çəkir. Şirkətə məxsus cəmi 4 mağaza qalıb, yaxın günlərdə Xətai rayonu, Əhmədli qəsəbəsindəki mağazanın da bağlanacağı gözlənilir.

Ayxan Bağırov necə rəis oldu? - DİN-dən açıqlama

26 Oktyabr 2016 15:18

Polis polkovniki Ayxan Bağırovun Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilməsi ilə bağlı xəbərlərə Daxili İşlər Nazırliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov aydınlıq gətirib.

Xilasedicilər 2 sürücünü xilas ediblər

26 Oktyabr 2016 15:15

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi magistral avtomobil yolunda iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Xilasedicilər hər iki minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücüləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər. 

Arvadını öldürüb qaçarkən qəzaya düşdü

26 Oktyabr 2016 15:14

Bakıda daha bir qətl törədilib. Məlumata görə, Suraxanı rayon Südçülük sovxozu ərazisində, çöllük sahədən naməlum qadın meyiti tapılıb. İlkin araşdırmalardan sonra qətlə yetirilmiş qadının 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızı olduğu müəyyən edilib. Məlum olub ki, onu qeyri-rəsmi nikahda yaşadığı Ağayev Azər Şirməmməd oğlu öldürüb. A.Ağayev hadisə yerindən qaçmaq istəyərkən özünə məxsus avtomobillə qəza törədib və xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Kəmaləddin Heydərov Qətərin yeni səfiri ilə görüşüb

26 Oktyabr 2016 15:11

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 26-da Qətərin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

Deputat: “Psixloqlar insanları soymaqla məşğuldur” 

26 Oktyabr 2016 15:08

“Psixoloji mərkəz adı altında yerlər açılıb ki, onlar insanları soymaqla məşğuldur”. Bunu xanım deputat Kamilə Əliyeva “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat: “Boşluqdan isitfadə edən cadugərlər insanların “müalicəsi” ilə məşğuldular”

26 Oktyabr 2016 15:07

“Bu gün dünyada depressiya çox geniş yayılıb. Dünya əhalisinin 350 milyonu depressiyadan əziyyət çəkir”.

Binəqədidə leysan yağışların vurduğu ziyan aradan qaldırılır

26 Oktyabr 2016 15:05

17-20 oktyabr tarixlərində respublikanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda hökm sürən qeyri-sabit hava şəraiti və intensiv yağışlar bir sıra problemlərə yol açdı. İntensiv yağışlar paytaxt rayonları içərisində Binəqədi rayonuna daha çox ziyan vurdu desək yanılmarıq.

Mətbuat Şurası “Şərq” qəzetinə təbrik məktubu ünvanlayıb

26 Oktyabr 2016 15:03

Azərbaycan Mətbuat Şurası “Şərq” qəzetinə nəşrin fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

Sərbəst güləşçilərimiz Moskvalı rəqiblərindən üstün olub

26 Oktyabr 2016 15:01

Sərbəst güləş üzrə yeniyetmələrdən ibartə yığma komandanın üzvləri Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə qonşu ölkənin paytaxtında təlim-məşq toplanışında iştirak edib.

Azərbaycan Kanadada keçirilən sərgidə təmsil olunub 

26 Oktyabr 2016 14:59

Kanadnın Montreal şəhərində keçirilən, Beynəlxalq Turizm və Səyahət sərgisində (Montreal International Tourism and Travel Show) Dünya Azərbaycanlıları Assambleyasının Kanada təmsilçiliyini də fəal iştirak edib.