Gündəm
Azərbaycanda ictimai qurumların fəaliyyətinə kifayət qədər böyük dəstək var
«Azərbaycanda ictimai qurumların fəaliyyətinə kifayət qədər böyük dəstək var». “OLAYLAR”-ın xəbərinə görə, bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova ssləndirib.
40 şahmatçımız Batumidə keçirilən dünya birinciliyinə qatılıb
18-30 oktyabr 2016-cı ildə Gürcüstanın Batumi şəhərində 8-10-12 yaşlı yeniyetmə şahmatçıların dünya birinciliyi keçirilir. Yarışda ölkəmiz 40 şahmatçı ilə təmsil olunur. Onlardan 25-i oğlan 15-i isə qızlardır.Turnirin açılışında ölkəmizin Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov iştirak edib. Oktyabırın 25-i baş konsul şahmatçıları və məşqçiləri qəbul edib.Qəbulda Rəşad İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə şahmatın inkişafına dair dövlət proqramının təsdiq olunmasının önəmini qeyd edib.Ölkədə şahmatın uğurla inkişaf etdiyini vurğulayan baş konsul, yeniyetmə sahmatçılara Batumidə keçirilən dünya birinciliyində yüksək nailiyyətlər arzulayaraq onlara hədiyyələr təqdim edib. Sonda onlarla xatirə şəkili çəkdirib.
Donuz əti- halaldı-yoxsa haram...
Son zamanlar bütün dünyada müxtəlif xəstəliklərin sayının xeyli dərəcədə artması və cavanlaşması insanların sağlam və düzgün qidalanması məsələsini yenidən gündəmə gətirib.Bu məsələdə “Qurani-Kərim”in tövsiyyələrinin diqqətə alınmasının vacibliyi səbəbindən məşhur türk alimi prof. Dr. Yaşar Nuri Öztürkün “Donuz əti” məqaləsini oxucuların diqqətinə çatdırırıq.
ABŞ-da seçkilər xalqın iradəsinə deyil, konkret qrupların maraqlarına xidmət edir
"ABŞ-da seçicilərin 10 faizə yaxınının şəxsiyyətini təsdiq edən heç bir sənədi, pasportu, hətta sürücülük vəsiqəsi yoxdur”
Medvedyev təcili çıxarıldı
Rusiyanın baş naziri Dmitri Medvedyev Skolkovo şəhərində keçirilən "Açıq innovasiyalar" Forumundan başqa iştirakçılarla birlikdə təcili çıxarılıb.
Daxili orqanında heroin keçirmək istədi
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. “Olaylar” Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 17,785 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda 3 otaqlı ev yanıb
Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğın qeydə alınıb. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə evə bitişik hamamın damında tikilmiş sahəsi 15 m2 olan taxtadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanıb. Hamam və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Azərbaycanda qanunsuz ov edən ərəblər saxlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən 2016-cı ilin 10 ayı ərzində “Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib. “Olaylar”ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, reydlər zamanı qanunsuz ovla məşğul olan 137 yerli vətəndaş saxlanılıb, onlardan 119 ov tüfəngi, 415 patron, 17 baş qanunsuz ovlanmış quş götürülüb.
Ədliyyə naziri Ağsuda qəbul keçirəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 28-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Ağsu rayonunda vətəndaşların qəbulu keçiriləcək.
İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə mətbuat açıqlaması İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 18-19-da oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş 43-cü sessiyasında mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Əli Abbasov barəsində cinayət işinin başlanması haqda xəbərlərə münasibət bildirib - YENİLƏNİB
Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işinin başlanması haqda yayılan xəbərlərə münasibət bildirib.
Ölkədə dərman vasitələrinin reklamı məhdudlaşdırılır
Azərbaycanda dərman vasitələrinin reklamı məhdudlaşdırılır. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Mətbuatın Şəbnəm Tovuzlu sindromu
Yatsam yuxuma da girməzdi ki, mən də haçansa Şəbnəm Tovuzludan yazacam. Şəbnəm Tapdıqdan yazardım, çünki, sənəti də var, şəxsiyyəti də. Qəribəlikləri isə lap çoxdur. Məsələn, günü bu günə qədər o iddia edir ki, Şəbnəm adının eksklüzivliyi ona məxsusudur və bu adı ondan başqa heç kim daşıya bilməz. Mən hələ də təəccüb edirəm ki, Şəbnəm Tapdıq nə əcəb Şəbnəm Tovuzlunun qabağına çıxıb ondan “niyə bu adı batırırsan “deyə soruşmayıb? Və yaxud da tovuzlular.. Nə isə.
Vəkil "Lotu Quli"yə sui-qəsdən danışdı
"İndiyədək "Quli" mənə zəhərlənməsi təhlükəsiylə bağlı məlumat verməyib. Düzdür, bəzən onun həyatına təhlükə olub, bir sıra təhdidlər barədə də eşitmişik. Ancaq konkret zəhərləməklə bağlı aramızda söhbət olmayıb".














