Gündəm
Türk müğənnini 2 il yarımlıq həbs gözləyir
Müğənini Sıla və onu təhqir edən həmkarı Davud Güloğlu arasında məhkəmə prosesi baş tutub.
AFFA-dan Katalin Tiraya ağır cəza
Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi" - "Qarabağ" matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib.
"Xorvatiya ilə birgə dərman zavodu yaratmaq üçün real əsaslar var"- AÇIQLAMA
“Xorvatiya ilə birgə dərman müəssisəsi yaratmaq həm dərmanlarımızın dünya bazarına çıxarmaq, həm keyfiyyətli dərman istehsalı, həm də qiymətlərin münasib olması baxımından faydalı ola bilər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyib.
ATƏT-in Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına uyğun olaraq əsas məqsəd və məram Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, eləcə də regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsidir. Heç şübhəsiz ki, danışıqlar prosesi çərçivəsində dialoq mexanizmi yəni müxtəlif səviyyələrdə görüşlərin (o cümlədən də dövlət başçıları səviyyəsində) keçirilməsi danışıqlar prosesinin mühüm tərkib hissəsidir”. Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev: “Xorvatiyanın mövqeyini yüksək qiymətləndiririk"
“Azərbaycan Respbublikasının xarici siyasətində Cənub və Cənub-Şərqi Avropa ölkələri və xüsusda da Balkan ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bildiyiniz kimi Azərbaycanın Balkan ölkələrində, o cümlədən də Xorvatiyada da diplomatik nümayəndəliyi fəaliyyət göstərir. İki ölkə arasında müstəqilliyimizin əldə edilməsindən sonra və Xorvatiyanın da keçmiş Yuqaslaviyadan ayrılmasından sonra müstəqillik prinsipləri əsasında diplomatik əlaqələr də inkişaf edib”. Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin deyib.
Hansı qadınlar zorakılığa məruz qalır?
BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan sorğunun nəticələrinə görə, Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalır. Xüsusilə, məcburi köçkün və qaçqınlar arasında zorakılıq halları daha yüksəkdir və bu göstərici 26 faiz həcmindədir. Ümumiyyətlə, zorakılıq nədən yaranır və daha çox hansı qadınlar zorakılığa məruz qalır?
Siqareti tərgitmək üçün dərmanlar sığorta paketinə daxil edilə bilər
“Azərbaycanda siqareti tərgitmək üçün lazım olan dərman vasitələri icbari tibbi sığorta paketinə daxil edilə bilər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini və Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
Millət vəkili: “Səfər Azərbaycan-Xorvatiya əlaqələrini möhkəmləndirəcək”- AÇIQLAMA
“Dövlət başçımızın apardığı uğurlu beynəlxalq siyasətin göstəricisidir ki, dünyada dostlarımızın və bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı günü - gündən artır. Bir sıra dövlət başçıları ölkəmizə səfərlər edir, bizimlə əməkdaşlıq imkanları araşdırılır və ölkələrimiz arasındakı səmimi münasibətlər möhkəmlənərək dostluq müstəvisinə keçir. Belə dostluq münasibətlər coğrafiyasının genişlənməsi Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində beynəlxalq dəstəyin alması və ölkəmizin mövqeyini beynəlxalq təşkilatlarda müdafiəsi üçün vacibdir”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Türkiyədə 81 polis əməkdaşı, 55 müəllim və tələbə tutulub
İstanbulda "ByLock" kompüter proqramından istifadə edən 125 polisin tutulmasına qərar verilib.
Türkiyə XİN başçısı: "Fərat qalxanı" davam edəcək"
"Fırat kalkanı" əməliyyatı Suriyanın əl-Bab bölgəsi terrorçulardan azad olunanadək davam edəcək".
Yaponiyada 1920-ci ildən bəri ilk dəfə əhalinin azalması qeydə alınıb
Yaponiyada aparılmış siyahıyaalmaya əsasən, ölkədə 1920-ci ildən bəri ilk dəfə əhalinin sayının azalması faktı qeydə alınıb.
Leyla və Arif Yunusların kassasiya şikayəti üzrə proses təxirə salınıb
Ali Məhkəmədə Leyla və Arif Yunusların kassasiya şikayəti üzrə məhkəmə prosesi təxirə düşüb.
Səhiyyə Nazirliyi münasibət bildirib
Azərbaycanda dövlət xəstəxanalarının statusunun dəyişməsi nəticəsində dövlət müəssisələrinin fəaliyyətində heç bir dəyişiklik olmayacaq.
Uşağın qulağından çıxanlar həkimləri təəccübləndirdi
Adanada qulağı ağrıyan 7 yaşlı uşaq xəstəxanaya aparılıb. Milli.Az "Milliyet"ə istinadla bildirir ki, həkimlər uşağın qulağından 14 milçək sürfəsi çıxarıblar.
Bermud üçbucağının sirri açıldı - VİDEO
ABŞ-dan olan alimlər Bermud üçbucağı fenomeninin (ona Şeytan üçbucağı da deyilir) Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi 500 kilometrə yaxın ərazi - izahını tapmağa müvəffəq olublar.














