AFFA-dan Katalin Tiraya ağır cəza

Azərbaycan  Premyer Liqasının IX turunun "Neftçi" - "Qarabağ" matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib.

Azərbaycan  Premyer Liqasının IX turunun "Neftçi" - "Qarabağ" matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib.

Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran "Neftçi"nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

Dava-dalaşda iştirak edərək qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə 5 oyunluq cəzalanıb, komandasını 2400 manat ziyana salıb.
 
Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. "Neftçi" tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31