Gündəm

Sabahın Havası

26 Oktyabr 2016 13:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Azərbaycanın MHŞT-də "namizəd ölkə" statusu saxlanıldı

26 Oktyabr 2016 13:25

24-26 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 35-ci iclası keçirilib. Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

Gülənlə bağlı yeni sənədlər üzə çıxdı

26 Oktyabr 2016 13:22

FETÖ lideri Fətullah Gülənin əmək fəaliyyəti ilə bağlı maraqlı faktlar üzə çıxıb. Olaylar.az axar.az-a istinadən bildirir ki, Ankarada hazırlanan FETÖ/PYD iddianaməsində Gülənin 20 illik fəaliyyət dövründə belə saxtakarlığa yol verdiyi qeyd edilib.

Azərbaycanda faktiki hava

26 Oktyabr 2016 13:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən Milli.Az-a əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Qusarda sürüşmə AKTİVLƏŞDİ: sakinlər köçürülürlər - VİDEO

26 Oktyabr 2016 13:08

Qusar rayonunda sürüşmə aktivləşib. Olaylar.az report-a istinadən bildirir ki, sürüşmə rayonun Urva kəndi ərazisində qeydə alınıb. 

50 yaşlı kişidən dostunun qızına qarşı əxlaqsızlıq

26 Oktyabr 2016 13:04

Türkiyədə daha bir təcavüz faktı qeydə alınıb.

Görkəmli rəssam Əyyub Hüseynovun yubiley sərgisi açılıb

26 Oktyabr 2016 13:01

Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar İncəsənət Xadimi, görkəmli rəssam Əyyub Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb. “OLAYLAR”-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın ailə kolleksiyasında, Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri nümayiş olunur. Qeyd olunub ki, sərgidə rəssamın təxminən 60 illik fəaliyyətinin məhsulu olan 55-dək boyakarlıq və qrafika əsəri nümayiş olunur. Rəssamın sonuncu sərgisi 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı il noyabrın 22-də Bakıda Səttar Bəhlulzadə adına Sərgi Salonunda açılıb.

Yunanıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

26 Oktyabr 2016 12:59

Yunanıstan Prezidenti Prokopis Pavlopulos Afinada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu, Mərkəzin üzvü, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Elsa Papadimitrio və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak edib.

Baş İdarənin rəhbərliyi Rusiyada səfərdə olub

26 Oktyabr 2016 12:56

Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə qarşılıqlı əməkdaşlıq çərçıvəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində səfərdə olublar.

Binəqədi rayonu birinci oldu

26 Oktyabr 2016 12:53

Multimedia Mərkəzi informasiya açıqlığı üzrə mərkəzi və yerli icra qurumlarının növbəti hesabatını və reytinq cədvəlini açıqlayıb. “OLAYLAR”-ın xəbərinə görə, monitorinq prosesində 68 Yerli icra hakimiyyəti qurumunun (şəhər və rayon icra hakimiyyətlərinin) rəsmi internet resursunun da monitorinqi aparılıb.

Binəqədi şosesində vəziyyət nisbətən düzəlib

26 Oktyabr 2016 12:50

Paytaxtın əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən metronun N.Nərimanov istiqamətinə, Tbilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Afiyyədin Cəlilov küçəsində və Ziya Bünyadov prospektindən 20 yanvar dairəsi istiqəmətində avtonəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Goranboy-Yuxarı Ağcakənd yolunun tikintisi yekunlaşır

26 Oktyabr 2016 12:45

Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsinin tikintisi yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 37.1 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 28.3 km-lik hissəsində tikinti işləri artıq bir müddətdir ki, yekunlaşdırılıb. Hazırda yolun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndləri arasında olan 8.8 km-lik hissəsində layihəyə uyğun olaraq işlər davam etdirilir.

Aztəminatlı ailələrə hüquq xidmət göstərilir

26 Oktyabr 2016 12:44

Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı Ofisi, Avropa İttifaqının birgə layihəsi olan “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində “Aztəminatlı ailələr üçün uşaq hüquqları üzrə hüquqi xidmət mərkəzi” fəaliyyətini ugurla davam etdirir.

Sevinc Fətəliyeva AŞ PA-nın tədbirinə qatılacaq

26 Oktyabr 2016 12:42

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 27-dən 30-dək Fransada səfərdə olacaq. Bu barədə MM-dən verilən məlumata görə, Paris şəhərində AŞPA-nın sosial komitəsi çərçivəsində Sevinc Fətəliyevanın sədrlik etdiyi Avropa Sosial Xartiyası üzrə alt komitənin toplantısı olacaq. Tədbirdə “Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsi” mövzusunda seminar keçiriləcək, uşaqların fiziki cəzanın bütün formalarından müdafiəsi, uşaq əməyinin istismarı, onlara qarşı cinsi zorakılıq və sosial ədalətsizliklə mübarizə metodları ilə bağlı fikir mübadiləsi aparılacaq. Deputat müzakirə edilən məsələlərə münasibət bildirəcək.

Sürücülərin DİQQƏTİNƏ: Azərbaycanın ən təhlükəli yolları

26 Oktyabr 2016 12:40

Bir aya yaxındır ki, respublikada müşahidə edilən intensiv yağışlar sürüşmə zonalarında aktivləşmələrə səbəb olub. Nəticədə aktiv sürüşmə zonalarında yerləşən avtomobil yollarında çökmə və sürüşmə müşahidə edilir.