Aztəminatlı ailələrə hüquq xidmət göstərilir

Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı Ofisi, Avropa İttifaqının birgə layihəsi olan “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində “Aztəminatlı ailələr üçün uşaq hüquqları üzrə hüquqi xidmət mərkəzi” fəaliyyətini ugurla davam etdirir.

Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı Ofisi, Avropa İttifaqının birgə layihəsi olan "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" layihəsi çərçivəsində "Aztəminatlı ailələr üçün uşaq hüquqları üzrə hüquqi xidmət mərkəzi" fəaliyyətini ugurla davam etdirir. GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova "OLAYLAR"-a bildirib ki, Mərkəzə son 11 ayda Ağcabədi,Bərdə və Ağdam rayonları üzrə 300 mümarciət daxil olmuşdur. Xidmətin daha da əlçatan olması məqsədilə layihə çərçivəsində mobil xidmət göstərilməklə mərkəzin sosial işçiləri və hüquqşünasları tərəfindən yerlərə səfərlər təşkil edilir.Müraciətlər arasında sağlamlıq, təhsil və əlilliyi olan uşaqların hüquqları, sosial təminat hüququ üstünlük təşkil edir. Eyni zamanda layihə çərçivəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təşəbbüsü ilə uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi məqsədilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikada "Uşaq hüquqları aylığı"na dəstək məqsədilə Ağcabədi Polis Şöbəsinin əməkdaşlığı ilə "Uşaq hüquqları məktəbi"nə start verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31