Görkəmli rəssam Əyyub Hüseynovun yubiley sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar İncəsənət Xadimi, görkəmli rəssam Əyyub Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb. “OLAYLAR”-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın ailə kolleksiyasında, Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri nümayiş olunur. Qeyd olunub ki, sərgidə rəssamın təxminən 60 illik fəaliyyətinin məhsulu olan 55-dək boyakarlıq və qrafika əsəri nümayiş olunur. Rəssamın sonuncu sərgisi 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı il noyabrın 22-də Bakıda Səttar Bəhlulzadə adına Sərgi Salonunda açılıb.

Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar İncəsənət Xadimi, görkəmli rəssam Əyyub Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb. "OLAYLAR"-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın ailə kolleksiyasında, Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri nümayiş olunur. Qeyd olunub ki, sərgidə rəssamın təxminən 60 illik fəaliyyətinin məhsulu olan 55-dək boyakarlıq və qrafika əsəri nümayiş olunur. Rəssamın sonuncu sərgisi 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı il noyabrın 22-də Bakıda Səttar Bəhlulzadə adına Sərgi Salonunda açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31