Goranboy-Yuxarı Ağcakənd yolunun tikintisi yekunlaşır

Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsinin tikintisi yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 37.1 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 28.3 km-lik hissəsində tikinti işləri artıq bir müddətdir ki, yekunlaşdırılıb. Hazırda yolun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndləri arasında olan 8.8 km-lik hissəsində layihəyə uyğun olaraq işlər davam etdirilir.

Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsinin tikintisi yekunlaşmaq üzrədir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 37.1 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 28.3 km-lik hissəsində tikinti işləri artıq bir müddətdir ki, yekunlaşdırılıb. Hazırda yolun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndləri arasında olan 8.8 km-lik hissəsində layihəyə uyğun olaraq işlər davam etdirilir. Avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 3.5 metr enində 2 hərəkət zolağından ibarət olan yolun hərəkət hissəsinin eni 7 metr, 0.5 metr bərkidici zolaq da daxil hər bir istiqamət üzrə çiyinlərin eni 2.5 metr təşkil edir. Ümumilikdə yol yatağının eni 12 m-dir. Layihəyə uyğun olaraq sözügedən 8.8 km-lik hissədə zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, yerinə karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə yolun 8.8 km-lik hissəsinə 61 min m2 asfalt-beton örtük döşənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31