Binəqədi şosesində vəziyyət nisbətən düzəlib

Paytaxtın əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən metronun N.Nərimanov istiqamətinə, Tbilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Afiyyədin Cəlilov küçəsində və Ziya Bünyadov prospektindən 20 yanvar dairəsi istiqəmətində avtonəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Paytaxtın əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən metronun N.Nərimanov istiqamətinə, Tbilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Afiyyədin Cəlilov küçəsində və Ziya Bünyadov prospektindən 20 yanvar dairəsi istiqəmətində avtonəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi İcitmaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, ötən gün tıxacın olduğu Binəqədi şosesində isə vəziyyət nisbətən düzəlib. Hazırda Binəqədi qəsəbəsindən şəhər istiqamətində sıxlıq müşahidə edilir. Ötən gün bu yolda yaranmış vəziyyətlə əlaqədar 9 marşrut xətti üzrə edilən dəyişiklik artıq aradan qaldırılıb və avtobuslar əvvəlki trayektoriya ilə hərəkət edirlər. Bakı Nəqliyyat Agentliyi bildirir ki, Binəqədi şosesində yağış sularının dolması səbəbindən, həmin yoldan keçən 20-yə yaxın sərnişin avtobusunda texniki nasazlıq yaranıb. Hazırda BNA və həmin avtobusların aid olduğu daşıyıcılar sərnişinlərin vaxtında gediş gəlişini təmin etmək və avtobuslararası intervalların artmaması üçün zəruri tədbirlər görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31