Binəqədi rayonu birinci oldu
Multimedia Mərkəzi informasiya açıqlığı üzrə mərkəzi və yerli icra qurumlarının növbəti hesabatını və reytinq cədvəlini açıqlayıb. “OLAYLAR”-ın xəbərinə görə, monitorinq prosesində 68 Yerli icra hakimiyyəti qurumunun (şəhər və rayon icra hakimiyyətlərinin) rəsmi internet resursunun da monitorinqi aparılıb.
26 Oktyabr 2016 12:53 SosialMultimedia Mərkəzi informasiya açıqlığı üzrə mərkəzi və yerli icra qurumlarının növbəti hesabatını və reytinq cədvəlini açıqlayıb. "OLAYLAR"-ın xəbərinə görə, monitorinq prosesində 68 Yerli icra hakimiyyəti qurumunun (şəhər və rayon icra hakimiyyətlərinin) rəsmi internet resursunun da monitorinqi aparılıb. Monitorinqin nəticələrinə əsasən yerli icra hakimiyyətləri arasında informasiya açıqlığı üzrə reytinq cədvəlində birinci yeri yenə də Binəqədi Rayon İcra Hakimiyyəti (24,7 %) tutub. Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, 5 ay ərzində 70-dək mərkəzi icra orqanının və 68 yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqi aparılıb. Rəsmi səhifələrin 60-dək parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları, sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyəti analiz olunub.