Baş İdarənin rəhbərliyi Rusiyada səfərdə olub
Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə qarşılıqlı əməkdaşlıq çərçıvəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində səfərdə olublar.
26 Oktyabr 2016 12:56 SosialMoskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə qarşılıqlı əməkdaşlıq çərçıvəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində səfərdə olublar. "OLAYLAR"-ın xəbərinə görə, səfər müddətində Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin Moskva Orta Ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Məktəbində 2000 - 2001-ci il təvəllüdlü sərbəst güləş və boks idman növü üzrə Moskva və Bakı şəhər yiğma komandaları arasında yoldaşlıq görüşləri keçirilib. Sonra Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Yuliya Bereqovskaya, həmin şöbənin əməkdaşı Mariya Nikolayeva, sərbəst güləş üzrə Olimpiya cempionu David Musulbes, sərbəst güləş üzrə Olimpiya çempionu Vadim Boqiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliev və Pekin yay Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Şahin İmranov çıxış edərək yariş iştirakçilarını salamlayıb, idmançılara ugurlar arzulayıb. Olimpiya çempionu David Musulbes ölkəmizdə olarkən gördüklərindən məmnunluğunu bildirmiş və Azərbaycanda idmana göstərilən dövlət qayğısı nəticəsində ölkənin dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. Sonra idman yarışlarına start verilib. Sərbəst güləşçilərimiz rəqiblərinə 6-0 qalib gəlib, boksçularımız isə 4-2 hesabı ilə məğlub olmuşlar. Güləş üzrə komandamız kubokla təltif olunub. Səfər zamanı nümayəndə heyətimiz Moskva şəhərinin idman qurguları və idman məktəbləri ilə yaxından tanış olublar. Hər iki tərəfin rəsmiləri gələcəkdə də bu cür əməkdaşlıgın inkişaf edəcəyini və qarşılıqlı əlaqələrin davam edəcəyini bir daha vurğulayıblar.