Türkiyədə 81 polis əməkdaşı, 55 müəllim və tələbə tutulub
İstanbulda "ByLock" kompüter proqramından istifadə edən 125 polisin tutulmasına qərar verilib.
26 Oktyabr 2016 13:50 Dünyaİstanbulda "ByLock" kompüter proqramından istifadə edən 125 polisin tutulmasına qərar verilib.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, artıq hüquq-mühafizə orqanları həmin polislərin 81-ni saxlayıb. Məlumata görə, əməliyyat oktyabrın 26-da səhər saatlarında keçirilib.
Türkiyənin NTV telekanalının xəbərinə görə, İzmirdə və ölkənin daha 11 əyalətində FETÖ-yə qarşı xüsusi əməliyyat keçirilib və xeyli sayda adam tutulub.
İzmirin 9 Eylül Universitetində keçirilən əməliyyat nəticəsində aralarında tələbə və professorlar olmaqla 55 şübhəli saxlanılıb.
"ByLock" proqramından Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olanlar istifadə edirmiş. Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31