Bakıda 3 otaqlı ev yanıb

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğın qeydə alınıb. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə evə bitişik hamamın damında tikilmiş sahəsi 15 m2 olan taxtadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanıb. Hamam və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğın qeydə alınıb. "Olaylar"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə evə bitişik hamamın damında tikilmiş sahəsi 15 m2 olan taxtadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanıb. Hamam və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31