40 şahmatçımız Batumidə keçirilən dünya birinciliyinə qatılıb
18-30 oktyabr 2016-cı ildə Gürcüstanın Batumi şəhərində 8-10-12 yaşlı yeniyetmə şahmatçıların dünya birinciliyi keçirilir. Yarışda ölkəmiz 40 şahmatçı ilə təmsil olunur. Onlardan 25-i oğlan 15-i isə qızlardır.Turnirin açılışında ölkəmizin Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov iştirak edib. Oktyabırın 25-i baş konsul şahmatçıları və məşqçiləri qəbul edib.Qəbulda Rəşad İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə şahmatın inkişafına dair dövlət proqramının təsdiq olunmasının önəmini qeyd edib.Ölkədə şahmatın uğurla inkişaf etdiyini vurğulayan baş konsul, yeniyetmə sahmatçılara Batumidə keçirilən dünya birinciliyində yüksək nailiyyətlər arzulayaraq onlara hədiyyələr təqdim edib. Sonda onlarla xatirə şəkili çəkdirib.
26 Oktyabr 2016 14:56 İdman18-30 oktyabr 2016-cı ildə Gürcüstanın Batumi şəhərində 8-10-12 yaşlı yeniyetmə şahmatçıların dünya birinciliyi keçirilir. Yarışda ölkəmiz 40 şahmatçı ilə təmsil olunur. Onlardan 25-i oğlan 15-i isə qızlardır.Turnirin açılışında ölkəmizin Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov iştirak edib. Oktyabırın 25-i baş konsul şahmatçıları və məşqçiləri qəbul edib.Qəbulda Rəşad İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə şahmatın inkişafına dair dövlət proqramının təsdiq olunmasının önəmini qeyd edib.Ölkədə şahmatın uğurla inkişaf etdiyini vurğulayan baş konsul, yeniyetmə sahmatçılara Batumidə keçirilən dünya birinciliyində yüksək nailiyyətlər arzulayaraq onlara hədiyyələr təqdim edib. Sonda onlarla xatirə şəkili çəkdirib.
Qeyd edək ki, şahmatçıların dünya birinciliyinə qatılması "SOCAR"ın maliyyə hesabına baş tutub.