Donuz əti- halaldı-yoxsa haram...

Son zamanlar bütün dünyada müxtəlif xəstəliklərin sayının xeyli dərəcədə artması və cavanlaşması insanların sağlam və düzgün qidalanması məsələsini yenidən gündəmə gətirib.Bu məsələdə “Qurani-Kərim”in tövsiyyələrinin diqqətə alınmasının vacibliyi səbəbindən məşhur türk alimi prof. Dr. Yaşar Nuri Öztürkün “Donuz əti” məqaləsini oxucuların diqqətinə çatdırırıq.

Son zamanlar bütün dünyada müxtəlif xəstəliklərin sayının xeyli dərəcədə artması və cavanlaşması insanların sağlam və düzgün qidalanması məsələsini yenidən gündəmə gətirib.Bu məsələdə "Qurani-Kərim"in tövsiyyələrinin diqqətə alınmasının vacibliyi səbəbindən məşhur türk alimi prof. Dr. Yaşar Nuri Öztürkün "Donuz əti" məqaləsini oxucuların diqqətinə çatdırırıq.

Müqəddəs kitabımız  Qurani-Kərim donuz əti  yeməyi haram buyurur. Bəzi halları çıxmaq şərtilə, müsəlman  donuz əti yeyə bilməz və əgər yeyərsə, böyük günah işlətmiş olar.

Bu günə qədər donuz əti qadağasının bütün  səbəblərinin     araşdırılaraq üzə çıxarıldığı qənaətində deyilik. Fikrimcə, Qərb alimləri qadağa ilə bağlı səbəblərin bəlkə də  islam dininə xal qazandıracağını  bildiklərinə ğörə bu mövzu üzərində çox dayanmamaqda  israrlı  görünürlər. Həmçinin  bu qadağanın bir çox tibbi və bioloji zərurəti oldugunu  anlamağımıza kömək edəcək bir sıra  elmi kəşflər və araşdırmalar mövcuddur.

***

Donuz əti qadağasının təməl hikməti Qurani-Kərimdə göstərilib.

Qurana görə,donuz əti sağlam insanın həyatı ilə bağlı meyarlar  baxımından murdar qidadır,murdar olduğuna  görə də  haramdır.Quran,donuz ətini (axar)qan və leşlə bərabər tutur,yəni  donuz ətini"murdar" görür və buna əsasən,qadağa hökmünü verir.Qadağanı əks etdirən ayələrdə deyilir:

"Allah sizə ölmüş heyvanı,(axar)qanı,donuz ətini və Allahdan başqasının adı ilə(bütlərin və s.)kəsilənləri yeməyi qəti haram buyurub.Lakin əlacsız qaldıqda(başqasının malını)zorla mənimsəmədən və həddi aşmadan(zəruri ehtiyacı  ödəyənə qədər)bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur.Allah bağışlayan və mərhəmətlidir!"("Əl-Bəqərə";173).

"Ölü(kəsilmədən ölüb murdar olmuş)heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə("bismilləh" deyilmədən)kəsilmiş,boğulmuş,(küt alət və ya silahla)vurulmuş,(bir yerdən)yıxılaraq  ölmüş,(başqa bir heyvanın buynuzu ilə)vurulub gəbərmiş,vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş-canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır-dikinə qoyulmuş daşlar(bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar)üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi.Bunlar günahdır.Bu gün kafirlər dininizdən(onu məhv edə bilmədikləri üçün)əllərini üzdülər.Onlardan qorxmayın, Məndən qorxun!" ("Əl-Maidə";3)

(Ya Rəsulum!)De ki:"Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə ("bismilləh" deyilmədən)kəsilmiş heyvanlar istisna olmaqla,hər hansı bir kəsin yediyi  yeməklər içərisində haram buyurulan bir şey görmürəm.Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa,həddi aşmadan,zəruri ehtiyacını ödəyəcək qədər(bunlardan yesə,Allah ona cəza verməz)."Çünki sənin Rəbbin, həqiqətən, bağışlayan və rəhm edəndir!"("Əl-Ənam";145).

"Allah sizə ancaq ölü  heyvanı,qanı,donuz ətini və Allahın adı çəkilmədən("bismilləh" deyilmədən)kəsilmiş heyvanı haram buyurmuşdur.(Özgənin malına əl uzatmamaq şərtilə)başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə( günah  yazılmaz).Çünki Allah bəndələrini bağışlayan və rəhm edəndir!"("Ən-Nəhl";115).

Təmiz qidalarla insan və ruh sağlamlığı arasında əlaqə quran bu ayələr bütün peyğəmbərlərə  vəhy olunub.Qurana əsaslanaraq tam əminliklə söyləyə bilərik ki ,bütün tövhid dinlərdə donuz əti yemək qadağan olunub.Bu qadağa yəhudi dinində də var. Musəvilikdən sonra yaranmış xristian dinində də bu qadağa,ağıla və məntiqə görə,olmalıdır,baxmayaraq ki, xristian  dünyası bunun tam əksini  söyləyir.

Mənim  anladığıma və inandığıma görə,mövcud  İncil kitablarında bu qadağanın yer almamasının səbəbi  həmin kitabların Müqəddəs Pavelin(həvari Pavel-tərc.) sistemləşdirdiyi  xristianlığın kitabları olmasıdır, çünki Pavel  və kilsənin müdaxiləsinə məruz qalmamış və müsəlmanların da ən məqbul hesab etdikləri  Barnaba İncilində donuz əti qadağası mövcuddur:

"Şagirdlərdən biri dedi:"Əgər mən  donuz əti və ya murdar olan başqa bir ət yesəm bu mənim vicdanımı kirlətməz ki?" İsa  cavab verdi:"İtaətsizlik insanın içinə girməz,insandan,onun qəlbindən dışarı çıxar. Bu səbəblə   haram qılınmış qidanı yeyərsə vicdanı kirlənmiş olar"(Barnaba, 32/32-34).

(Barnaba-İsa Məsihin ardıcıllarından biri olub. 4-5-ci əsrlərdə müxtəlif  müəlliflər tərəfindən yazılmış İncil kitabları-bunların sayı 396  idi!?- hal-hazırda qanuni hesab edilən  dörd İncildən başqa, kilsə tərəfindən qadağan olunaraq məhv edilirdi. Barnaba İncili də qadağan olunmuş kitablar arasında idi. Həmin İncildə Ərəbistanda Muhəmməd peyğəmbərin zühur edəcəyi, donuz əti qadağası  və digər məlumatlar var. Bu kitabın yalnız bir neçə nüsxəsi  günümüzə qədər gəlib çatmışdır. Vyanada tapılmış nüsxələrdən biri ingilis dilinə tərcümə olunub və hal-hazırda İmperator kitabxanasında qorunur.İkinci nüsxə Böyük Britaniya,üçüncü nüsxə isə Amerika Konqresinin kitabxanasında  saxlanılır.Lakin Barnaba İncilinin bu nüsxələri  hərbi sirr kimi xalqdan çox ciddi şəkildə gizlədilirdi. ABŞ- da  hərbi komissar işləmiş pakistanlı Əbdürrəhman adlı  general bu sirrin üstünü açmağa müvəffəq oldu .Belə ki o,  həmin İncili gizli şəkildə mikroplyonkaya çəkmiş və "Bəyim Aişə Bavani  " adlı fond  vasitəsilə  Pakistanda dərc etdirmişdir. Bu hadisə bütun  islam dünyasını heyrətə salmış, Qərb informasiya vasitələrində isə çaxnaşma yaratmışdır-tərc)

***

Barnaba  İncilinin yuxarıdakı ayəsindən aydın olur ki,ilkin xristianlıqda da(Pavelin "müəllifi" olduğu xristianlıqda deyil !!!)eynilə Quranda olduğu kimi, qidalarla insanlıq arasındakı bağlılıga önəm verilmiş   və  donuz  əti murdar hesab edilərək qadağan olunmuşdur. Bu qadağanı, böyuk ehtimalla Pavel özünün həyata keçirdiyi "islahatla"aradan qaldırmışdır ,çünki Hz.İsadan sonra  xristianlığa "əl gəzdirmiş" və onu "yenidən qurmuş" Pavel  belə deyirdi:

"Vicdan xatirinə  qəssab dükanında satılan hər bir şeyi araşdırmadan alıb yeyin!"(Korinflilərə məktub; 1/10/25).

Pavel həmçinin belə söyləyirdi:

"Vicdan xatirinə  önünüzə qoyulan hər bir şeyi təhqiq etmədən yeyin!"(Korinflilərə məktub;10/27).

Yəhudilikdə,eləcə də yəhudiliyin bir qolu olaraq qəbul edilən Sabi dinində də donuz əti yemək haramdır.Monoteist(təkallahlı) dinlərin hamısında haram olan bir qidanın xristianlıqda halal olması təəccüblüdür.Aydın olan budur ki,mövcud xristianlıqda donuz ətinin halal qılınmasının əsasında Hz. İsanın təlimi deyil, Pavelin " islahatı" dayanır.

İnsanın kamil dərəcəyə yetişməsi  üçün onun qəbul etdiyi qidalar  tələb olunan dərəcədə təmiz olmalıdır.Bunun üçün qidalar, Quranın təbirincə desək "rics" və "xəbis" (murdar)olmamalıdır. Halal qılınmış qidanın "tayyib"(təmiz)olduğunu göstərən  Quran  bu sözün  qarşılığını elə  həmin ayələrdə "xəbis" olaraq göstərir: "O kəslər ki,əllərindəki Tövratda və İncildə(adını,vəsfini və əlamətlərini)yazılmış  gördükləri rəsula-ümmi(heç kəsin yanında oxuyub elm öyrənməmiş)peyğəmbərə tabe olurlar.(O peyğəmbər)onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər,təmiz,pak(tayyib) nemətləri halal,murdar(rics) şeyləri haram edər,onların  ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar(şəriətin çətin hökmlərini götürər).O peyğəmbərə iman gətirən,yardım göstərən və onunla(onun peyğəmbərliyi sayəsində)endirilmiş nurun(Quranın)ardınca gedənlər-məhz onlar nicat tapanlardır!"("Əl-Əraf";157).

"Murdar(xəbis)qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz(tayyib) qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər.Bunlar münafiqlərin dediklərindən(yalan,pis  sözlərdən) uzaqdırlar.Onları(günahlardan)bağışlanma və(Cənnətdə) tükənməz, minnətsiz ruzi gözləyir!("Ən-Nur"26).

Xəbis  və rics sözləri  murdar,natəmiz deməkdir . Quranda Şeytanın   əməlləri  də  rics sözü ilə ifadə edilib.Donuz əti,həm tayyib sözünün antonimi olan  xəbislər arasındadır,həm də Şeytanın  bəd əməllərini ifadə etmək üçün  istifadə edilmiş ricslərdən biridir.

Donuz ətinin murdar hesab edilməsini Quranın varlıq və həyat  anlayışı baxımından dəyərləndirmək , onu Quranın əsas dəyər verdiyi varlığa- insana   zərərli  qida olaraq qəbul etmək lazımdır.Quran, insanı  görmək istədiyi dərəcəyə çatdırması üçün mənsublarını,əgər belə söyləmək mümkündürsə,təbii  pəhrizə tabe etmək istəyir.Bəs,bu pəhrizin tibbi və bioloji baxımdan  tələbləri nədir?

Birincisi,bütün tibb mütəxəssisləri   qırmızı əti(mal,qoyun və s.)sağlamlıq baxımından   ehtiyatla,mümkün qədər  az istifadə etməyi tövsiyyə edirlər.Bir çox insana, xüsusilə də müəyyən yaşdan sonra qırmızı ət yeməmək və ya qadağaya yaxın azaltmaq tövsiyyə olunur.

İkincisi, dünyanın hər yerində və bütün  mədəniyyətlərdə ən ucuz ət- donuz ətidir.

Üçüncüsü, elmi  araşdırmalar bunu söyləməyə əsas verir  ki, bütün növ ətin  arasında tərkibində ən yüksək toksik  maddələr  olan ,ən çətin həzm olunan,mikrob yaratmağa  və xəstəliklər törətməyə  meylli olan, eləcə də piy toxuması və xolesterini   ən yüksək olan ət donuz ətidir. Bunları nəzərə alan təbiblər:"Donuz əti  olduqca təhlükəlidir,ondan uzaq durun!"-deyə  həyəcan təbili çalırlar.

Donuz ətinin qadağan edilməsinə səbəb isti iqlimdirmi?

Bir sıra Şərq və Qərb tədqiqatçıları donuz əti qadağasının səbəbini(islam dininin yarandığı Ərəbistan)çöllərin şiddətli  istisi, bu səbəbdən də donuz ətində yaranan  trixinel  adlanan parazitlərin yaratdığı təhlükə ilə izah edirlər.Onlar  buna əsaslanaraq soyuq iqlimlərdə donuz əti qadağasının mənasız olduğu qənaətindədirlər.

Bu fikirlə razılaşmayan digər tədqiqatçılar isə, qadağanın çöllərdəki (səhralıqda)su qıtlığı ilə bağlı olduğunu söyləyirlər.Onların fikrinə görə, donuz suyu bol olan iqlimlərdə yetişən və həddən artıq şox su  sərf edən heyvandır.

Suyun qıt  və həyati ünsür  hesab olduğu çöl şəraitində donuz əti  məhz bu səbəbdən qadağan edilmişdir.Çöl şəraitində su, onu həddən artıq sərf edən donuzun ətindən daha vacib olduğundan onun yetişdirilməsi  nə  iqtisadi, nə də həyati baxımdan sərfəli deyil.(bax:James Dale Davidson;Muhammed Replaces Marx,The Great Reckoning-Simon and Schuster Co./93,s.218-220)

Bu tədqiqatçılar donuz əti qadağasının rasional  əsası olduğunu qəbul etmək  əvəzinə bu qadağanı bir tabu olaraq qəbul etməyi üstün tuturlar.

"Qurani-Kərim" nöqteyi-nəzərdən baxdıqda  isə, bu tezislərin hamısı əsassızdır.Birincisi,dünyəvi bir din   müəyyən bir iqlimi əsas götürməklə  deyil, ortaq- dünyəvi  insan və həyat  gerçəklərini  nəzərə alaraq əmrlərini diktə edir .Müəyyən iqlim və bölgələrlə bağlı qadağalar isə dinlər  əsasında ənənəvi  qaydalar olaraq yer alırlar ki, Quran dinində də bunlara haram yox,məkruh deyilir.Donuz əti  qadağası   müəyyən bölgə və ya  müvəqqəti  şərtlərlə bağlı olan qadağa  deyil,bu, əbədi(dəyişməz)  gerçəklərlə bağlı olan qadağadır .James D.Davidson yuxarıda qeyd olunan əsərində donuz əti qadağasının  "çöldəki su qıtlığı"ilə bağlı olduğunu söyləyərkən  bu sualı cavabsız qoyur:Hz.İsanın  təlimini " yenidən quran" Pavel də çöl şəraitində yaşamış  və təbliğ etmişdir.Bəs onun təlimində  donuz əti hansı səbəbə halal  elan edilmişdir?

Donuz əti qadağasının , digər qadağalar kimi  tabu olaraq qiymətləndirilməsi  kökündən  yanlışdır,qəbuledilməzdir.Çünki Quran, vəziyyət tələb etdikdə  bu qadağanın, eynilə  digər qadağalar kimi, pozulmasının  mümkünlüyünü açıq-aydın bəyan edir.İnsan həyatının çətinlikləri bir qadağanı  pozmağa məcbur edirsə,ona tabu deyilə bilməz,o ,olsa olsa  diyət ola bilər.Tabu,pozulması mümkün olmayan  qadağanın adıdır.Tabuda rasionallığa yer yoxdur.Quranda bu mənada heç bir qadağa yoxdur.Çünki Quran insanı din üçün deyil,dini insan üçün görməkdədir.

Ardı var

Tərcümə edəni Elmira Qafarova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31