Arvadını öldürüb qaçarkən qəzaya düşdü

Bakıda daha bir qətl törədilib. Məlumata görə, Suraxanı rayon Südçülük sovxozu ərazisində, çöllük sahədən naməlum qadın meyiti tapılıb. İlkin araşdırmalardan sonra qətlə yetirilmiş qadının 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızı olduğu müəyyən edilib. Məlum olub ki, onu qeyri-rəsmi nikahda yaşadığı Ağayev Azər Şirməmməd oğlu öldürüb. A.Ağayev hadisə yerindən qaçmaq istəyərkən özünə məxsus avtomobillə qəza törədib və xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31